Yeniləşən Azərbaycanın kinosu
13.05.2026 [14:02]
Kinematoqraf yarandığı ilk dövrlərdə fərqli olub.
Sonralar o gəlir gətirən biznes sahəsindən uzaqlaşdı və ciddi sənət səviyyəsinə yüksəldi. Siyasi əqidəyə, dünyabaxışına, idarəetmə rıçaqlarına, mədəniyyət amilinə təsir edən, hətta onları yönəldən, dəyişdirən ictimai mexanizmə çevrildi. Kino bədii obrazlar vasitəsilə ictimai şüuru, mənəvi dəyərləri, cəmiyyətdəki norma və prinsipləri formalaşdırmağa kömək edən güclü ideoloji vasitə oldu.
Odur ki, “kino sənayesinə” ancaq pul gətirən bazar seqmenti kimi baxmaq sadə baxışdır. Belə çıxar ki, ssenarist, rejissor, operator, aktyor, prodüser – bütün yaradıcı heyətin bir məqsədi var: birləşib tamaşaçını əyləndirməklə pul qazanmaq. Ancaq bu doğru təsəvvür olmaz. Hərçənd bəzən bilərəkdən bu yanlış təsəvvürün qorunub saxlanmasına çalışılır ki, gəlirli manipulyasiya üçün əlverişli vasitə kimi kino əldə saxlansın.
Əslində kütləni ətrafına toplaya bilən Kino ilk növbədə yaradıcılıqdır, sənətdir, sənətin isə ideoloji mahiyyəti vardır. Ucuz əyləncə və şənləndirmək vasitəsi olmaq ciddi kinematoqrafiya üçün azdır. O daha çox müəyyən fikir-düşüncələri, ideyaları əhaliyə çatdırmağın ən səmərəli vasitələrindəndir. Bu bütün dünyada belədir. Filmlər əsasən ölkəni, xalqı tanıtmaq, ictimai fikri formalaşdırmaq, cəmiyyətin idarəçiliyində iştirak etmək, ictimai-siyasi-mədəni mövqeləri aydınlaşdırmaq və yönəltmək məqsədilə yaradılır. Buna ən bariz nümunə - Amerikanın “üstün həyat tərzini”, Amerika bayrağını, amrikalının müstəsnalığını hər imkan düşdükcə tamaşaçı beyninə yeridən, dünyaya mesaj ötürən Hollivud filmləridir.
Əlbəttə, həyatda maliyyə məsələsi vacibdir. Ancaq heç bir halda, xüsusilə yaradıcı sənətdə, o cümlədən, kinoda o heç vaxt birinci sırada dayana bilməz. Kinonun ali məqsədi əyləncə və pul qazanmaq deyil, baş məqsəd müəyyən ideyanı ötürmək, maraqlı tərəfin ideoloji məramını təqdim etməklə auditoriyanı yönləndirməkdir. Xalqın və ölkənin ideya-mədəni özəllikləri kino əsərləri vasitəsilə dünyaya daha tez çatdırılır.
Böyük siyasətçilər bu həqiqəti daha yaxşı dərk edirlər.
***
Ümummilli Lider Heydər Əliyevin kinoya münasibəti haqqında çox yazılıb, danışılıb, deyilib. Azərbaycan kinosunun “Qızıl dövründə” yaradılan uğurlu filmlər həm də onun diqqəti, qayğısı, köməyi ilə baş tutub. Bu danılmazdır. Kimsə etiraz edə bilməz ki, Heydər Əliyev ictima-siyasi, dövlət xadimi olub, kinematoqrafiya ilə nə əlaqəsi... Belə düşünmək Azərbaycan kinosunun 70-80-ci illərdəki inkişaf prosesindən xəbərsiz olmaqdır. Həm də ictimai müstəvidə proseslərə sadəlövh yanaşmanın göstəricisidir.
Heydər Əliyev dövrün ən böyük ideoloqu olaraq, digər vasitələrlə yanaşı, həm də ekran əsərləri ilə Azərbaycanı dünyaya olduğu kimi tanıtmaq üçün çalışan şəxsiyyətdir. Onun Azərbaycan kinosuna təkcə maddi dəstək deyil, həm də ədəbi-bədii süjetlər, milli ideyalar verdiyini peşəkar kino xadimləri yaxşı bilir.
Bixəbərlər “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusuna təəccüblə baxsalar da, fakt faktdır: “Uzaq sahillərdə”, “Nəsimi”, “Babək” və s. filmlərin çəkilməsi birbaşa onun təklifi və dəstəyi ilə baş tutub. Sovet ideologiyasının hökmranlığı, sərt planlı təsərrüfatın mövcudluğu şəraitində Azərbaycan xalqının qədim tarixinə, mədəniyyətinə, adət-ənənəsinə, qəhrəmanlıq keçmişinə dair süjetlərin ekranlaşdırılması ideyasını irəli sürmək, əlbəttə, milli mənafeyə xidmət amalından irəli gəlirdi.
***
Yeri gəlmişkən, Azərbaycan kinosuna bu qədər töhfələr verən görkəmli şəxsiyyətin özünün bədii obrazı, düşünürəm, kinomuz üçün dəyərli mövzudur. Kinoya bu qədər qayğı göstərmiş tarixi şəxsiyyətin öz həyatı, fəaliyyəti, xarakterinin özəllikləri, mübarizəsi və xalq qarşısında xidmətləri, bədii ifadə vasitələri ilə, obrazlı təfəkkürlə yaradılması ideyası öz həllini gözləməkdədir. Kinorejissor Vaqif Mustafayevin Ulu öndərlə bağlı ərsəyə gətirdiyi sənədli-publisistik seriyalar da bu baxımdan dəyərli örnək timsalındadır.
Əlbəttə, Heydər Əliyevin bədii ekran obrazını yaratmaq kimi mühüm layihənin reallaşdırlması o qədər də asan məsələ deyil. Və qətiyyən maddi-maliyyə və texniki vasitələrə bağlı olan iş də deyil. Dahi şəxsiyyətin obrazının bədii filmdə layiqincə yaradılması üçün hər şeydən əvvəl kinoçəkiliş qrupunda çox təcrübəli, çox istedadlı, çox vətənpərvər əqidəli peşəkarların - müəlliflərin, rejissorların, aktyorların və digər yaradıcı insanların birləşməsi zəruridir...
Nə zamansa müasir kinomuz böhrandan qurtulub dirçəliş yolları ilə inkişaf etdikcə, bu ciddi mövzunun da öz ekran həllini tapacağına inanırıq.
***
Azərbaycanın Kino tarixində mühüm mövzulara həsr olunmuş, ictimai əhəmiyyətli, əxlaqi-tərbiyəvi mahiyyət daşıyan çox dəyərli filmləri xatırlamaq olar. O filmlərdə Sovet Azərbaycanının, Sovet Bakısının mənzərələri əbədiləşdirirlib. O filmlərdə İkinci Dünya Müharibəsi dövründə arxa cəbhədə nefti, taxılı, ərzaqı ilə faşizm üzərində qələbə çalmaq üçün minbir əziyyətə qatlaşan əzmkar, dözümlü, qeyrətli Azərbaycan xalqının mətinliyi, mərdliyi də çox əkisini tapıb.
Ancaq indi dünya dəyişilib. Azərbaycan Prezidentinin sosial media paylaşımlarında qeyd edildiyi kimi, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Həmin çağdaş Azərbaycanın bədii-fəlsəfi obrazını yaratmaq və dünyaya obyektiv təqdim etmək də yaradıcı qurumların, o cümlədən kino təsisatlarının qarşısında duran vacib vəzifələrdən olmalıdır.
Azərbaycan daha əvvəlki ölkə deyil. Biz daha imperiya tərkibindən çıxıb müstəqil həyata qədəm qoymuşuq. Heç kimdən asılı deyilik. Ölkəmiz yeniləşib, inkişaf edib, müasirləşib. Bugünkü Azərbaycan regionda söz sahibidir. Bir çox qlobal məsələlərdə mövqeyi nəzərə alınan güclü dövlətdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü siyasətin strategiyası da məhz Azərbaycanın milli maraqlarına istiqamətlənib.
Belə bir azad, müstəqil iqtisadi-siyasi platformada gedən yeniliklər mədəniyyət sferasına, bədii yaradıcılığa, konkret olaraq, kino sahəsinə də öz təsirini mütləq göstərməlidir. Ölkədəki mövcud mədəni, yaradıcı təsisatların fəaliyyəti dövlət başçısının yürütdüyü strateji xəttə - milli mənafe amalına uyğun nizamlanmalıdır. İndi daha “xalqlar dostluğu” naminə bədii filmlərimizdə azərbaycanlı Əlini “Alik” kimi, Məhəmmədi “Mamed” kimi, Bakı sakinini “bakinets” kimi təqdim etməyə, Joraları, Tanyaları baş qəhrəman olaraq ideallaşdırmağa ehtiyac yoxdur. Dəbdə olan “demokratiya”, “yaradıcılıq azadlığı”, “azad sənətkar” və s. bu tipli bəhanələrlə ölkənin və xalqın ümumi inkişaf mənafeyindən, milli özgürlükdən, milli mənafedən sapmalar təqdir oluna bilməz.
Bu kontekstdən yanaşdıqda, müasir Bakının, müasir Azərbaycanın, müasir azərbaycanlının bədii obrazları, xüsusən tarixi qəhrəmanlıq göstərərək Zəfər çalan Azərbaycan Ordusunun, igid əskərinin ekranda layiqincə təcəssüm etdirilməsi bəzi istisnalarla, hələ də ekran həllini gözləyən mövzulardandır. Bu mövzularda son illər bir neçə dəyərli ekran işi ortaya qoyulsa da, Azərbaycan kinosuna dövlətin qayğısına tam cavab verən əsərlər hələ irəlidədir. Onları istedadlı, vətənpərvər, sağlam əqidəli yaradıcılar araya-ərsəyə gətirəcəkdir.
***
Yeri gəlmişdkən: bir ara dünyaya təqdim olunan “Qlobalizasiya” ideyasına uyğun əsərlər yaradılsa da, sonrakı dönəmlərdə o ideyanın özünü tam doğrultmadığı aşkar göründü. Çünki qloballaşma – milli sərhədlərin yoxa çıxması, əski absurd “Sovet adamı” tipində mümkünsüz “Dünya vətəndaşı” yaratmağa cəhd idi. Azərbaycanda da həmin absurd ideya bədii yaradıcılığa, həmçinin kinoya sirayət etdi və milli xarakterdən uzaq, Qərb-Şərq konqlomeratına uyğunlaşdırılan ümumi “dünyəvi insan” xarakteri daşıyan adamlar haqqında əsərlər yaradıldı.
Ancaq unuduldu ki, ümumi dünya mədəniyyəti dəyərlərinə aludə olub, milli mədəniyyəti kənara çəkmək özünü doğrultmayan seçimdir. Yer planetinin gözəlliyi eyni tipli hibridlərin mövcudluğunda deyil. Dünya müxtəlif xalqların, millətlərin, etnosların birgəyaşayış mövcudluğu əsasında daha gözəldir. Bu xalqların, millətlərin, etnosların əsrlər boyu yaratdığı milli mədəniyyətlərin çoxçeşidli çalarlarıdır dünyanı maraqlı edən.
Bu gün dəyişən dünyada artıq Turan Birliyindən danışırıqsa, Azərbaycan adamının, türk etnosunun yenilməz ruhunun daşıyıcısı olan mərd, qeyrətli, namuslu, cəsur insan obrazı, Oğuz türkünün xarakterini özündə yaşadan xüsusiyyətləri ekrana çıxartmaqda gərək gecikməyək. Necə ki, tarixi şəxsiyyətlərimiz sırasında əzmkar hökmdar Tomrisi həmişə örnək göstərsək də və onun əfsdanəvi qəhrəmanlığı ilə fəxr etsək də, Tomris xatının obrazını “Qazaxfilm” kinostudiyasında Qazax kino xadimləri yaratdılar.
Ümumiyyətlə, kinofilm mövzusu üçün müasir dövrdə də, keçmişdə də, ən azı 5 min illik qədim islamaqədərki Azərbaycan mədəniyyətində də zəngin materiallar vardır. Elə dahi Nizaminin “İskəndərnamə” poemasında Makedoniyalı İskəndərə həyat dərsi verən Nüşabə xanım kimi əzəmətli qadın hökmdarımızın obrazı ekranda canlandırılıb dünyaya göstərilməyə layiqdir. Yaxud özünü millət yolunda fəda edən dahi Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı, onun ümumbəşəri niyyətləri ilə milli təfəkkürdən qaynaqlanan dolğun əsərləri maraqlı film üçün mövzudur. Belə misallar çoxdur. Dolayısı ilə, Azərbaycanın keçmiş və ən yeni tarixində saysız-hesabsız milli mahiyyət daşıyan, milli mənəviyyatı, əxlaqı, dünyagörüşünü özündə ehtiva edən layiqli mövzular var ki, onların ekran versiyası müasir Azərbaycan ölkəsini daha obyektiv şəkildə beynəlxalq müstəviyə təqdim edə bilər.
***
Ancaq təkrar edək ki, yüksək səviyyəli kinofilm yaratmaq asan iş deyil. Bu işin maddi-texniki, maliyyə və ən əsası, istedada bağlı mürəkkəb yaradıcı tərəfləri var. Ancaq çətinlik heç də geri çəkilmək üçün səbəb ola bilməz. Belə filmləri yaratmaq üçün istedadlı, savadlı, təcrübəli, dünyagörmüş vətənsevər yaradıcı şəxslərin yetişdirilməsi istiqamətində mütəmadi, ardıcıl addımlar atılmalıdır.
Azərbaycan dövləti son illərdə kinoya kifayət qədər maliyyə dəstəyi verir. Böyük məbləğdə pullar ayrılsa da, hələlik xalqın ürəyinə yatan, ruhunu oxşayan və dillər əzbəri olub dönə-dönə baxılan az qism filmin adını çəkmək olar. Halbuki müxtəlif hesabat xarakterli çıxışlarda film nümayişləri, kino günləri, kinematoqrafçıların xarici səfərləri, festivallarda iştirakı və s. barədə “kinomuzun uğurlarına” dair sadalamaları çox eşidirik, oxuyuruq və… unuduruq. Unuduruq ona görə ki, hesabatdan sonra geriyə bu “kino uğurları” arasından xalqın yaddaşında qalan, ürəyindən olan, zövqünü oxşayan, sevə-sevə baxılan konkret əsər adı qalmır.
***
Ssenarist, rejissor, operator, rəssam, bəstəkar, texniki personal… və hər bir filmin uğurunu həll edən - kinoaktyor! Bu peşələrin daşıyıcıları olan istedadlı nümayəndələr olmasa, nə qədər maliyyə ayrılsa da, nə qədər müasir texnologiyalardan, elektron aparaturalardan, smart cihazlardan istifadə edilsə də, nə qədər hesabatlar verilsə də, Kino özü olmayacaqdır. Hər şeydən əvvəl sözügedən yaradıcı adamların ən istedadlılarına ürək genişliyi ilə, səmimi, təmənnasız yol açılmalıdır. Kinoya maraq göstərən gənclərin də eynən ən istedadlılarının seçilib yetişdirilməsi vacibdir. Bu əlbəttə, çox uzun, zəhmət tələb edən ciddi prosesdir. Bu prosesin effektivliyi üçün xüsusi təhsil sistemi və kino istehsalatı parallel, əlbir, həmrəy şəkildə bir amal uğruna çalışilmalıdır.
Beləcə, kinomuzun bu günkü mənzərəsini daha baxımlı etmək, onun daha zövqlü, yüksək səviyyəli nümunələrini yaratmaq bir yox, bir çox məsələnin cəmindən asılıdır. Belə bir vəhdət kompleksinin yaradılması kino sahəsinə aid olan bütün instansiyaların və bütün strukturların idarəetməsindəki optimal keyfiyyətli işlə yaranır. Kadrlardan səmərəli istifadə, mükəmməl idarəetmə, işi iş bilənə tapşırma - uğurun əsasını təşkil edir.
Deyilənlərin kontekstində, şübhəsiz, kino cameəsinin mühüm qolu olan Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) da ciddi (bəlkə də radikal) yenilənmələrə, milli dövlətçilik mənafeyinə xidmət edən proseslərə keçid zəruridir.
***
Belə yenilənmənin zəruriliyinə işarə olaraq mən AKİ İH-nin son iclası haqqında yazılıb yayılan informasiya barədə öz Facebook səhifəmdə qısaca paylaşım etmişəm: “Bu informasiyanı yazan və yazılana nəzarət edən kimdirsə, kinodan uzaq adamdır... Diletant kino həvəskarları peşəkar Kino sahəsinə maraq göstərəndə və orada mövqe tutmaq istəyəndə, belə şeylər olur...“
Aparılan qızğın mübahisələr, müzakirələr, mülahizələr fonunda Kinomuzun dirçəlişini, ötən əsrdəki “Qızıl dövrünün” dirçəlişini arzulamaq hər bir istedadlı kinosevərin ürəyində var.
Akif ƏLİ,
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi,
Əməkdar jurnalist, fəlsəfə doktoru,
yazıçı-publisist
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

