Ermənilərin sərhəd tanımayan urbisid, ekosid və kultursid əməlləri
14.05.2026 [12:26]
Beynəlxalq konvensiyalara görə, şəhər və kəndlərin dağıdılması, mülki infrastruktura, tarixi mədəniyyət abidələrinə ziyan vurulması ağır müharibə cinayətləri sayılır. Azərbaycan da otuz illik işğal dövründə ermənilərin törətdikləri saysız-hesabsız belə müharibə cinayətləri ilə üzləşib. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə çəkilən foto və video materiallar ermənilərin özləri barədə uydurduqları “mədəni xalq” mifini tamam alt-üst edir. Həmin görüntülərdən bir daha aydın olur ki, ermənilər mədəniyyət görməyən vəhşi tayfalar kimi yolları üstündə hər şeyi dağıdıb talayıblar. Prezident İlham Əliyev bu günlərdə işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə, eləcə də Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşlərdəki çıxışlarında işğal illərində ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizm əməllərinə xüsusi diqqət çəkib.
Şəhər və kəndlərin üzləşdiyi ağır urbisid siyasətinin kədərli izləri
Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib.
Ağır urbisid siyasətinin kədərli izlərinin qaldığı şəhərlərimizdən biri də Ağdamdır. Ağdam şəhəri 23 iyul 1993-cü il tarixindən başlayan işğaldan əvvəl bütün bölgənin ticarət mərkəzi sayılırdı. İşğaldan sonra isə ağ şəhərin qara günləri başlayıb. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. İkinci Qarabağ müharibəsi bitəndən sonra məlum oldu ki, şəhərdən əsər-əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkün idi. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar.
İşğal illərində Zəngilan və Cəbrayıl şəhərləri də oxşar aqibətlə üzləşib. 1993-cü il 29 oktyabr tarixində işğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərirdi. 27 illik işğal dövründə mənfur düşmən digər yaşayış məntəqələrimizdə olduğu kimi, Zəngilanda da bütün abidələri, evləri, mülki infrastrukturu dağıdıb, sərvətlərimizi vəhşicəsinə talan edib.
Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhər də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb. Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdəki çıxışında işğal illərində yaşayış məntəqələrimizə münasibətdə həyata keçirilən urbisid siyasətini kəskin şəkildə qınayaraq vurğulayıb: “Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır”.
Təbii sərvətlər talanır, tarixi mədəni-dini abidələr hədəfə çevrilirdi
Torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin törətdikləri ekosid və kultursid əməllərin də sərhədi olmayıb. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv ediblər. Onlar havadarlarının dəstəyi ilə ələ keçirdikləri ərazilərimizdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub.
Eyni zamanda, işğal olunmuş ərazilərimizdə 67 məscid, 144 məbəd, 192 ziyarətgah məhv edilib. O cümlədən mədəniyyətimizin beşiyi sayılan Şuşada Hacı Yusifli məscidi, “Çöl Qala” məscidi, “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı məscidi” (XVIII əsr), Mədrəsə (XVIII əsr), Yuxarı məscid mədrəsəsi (XVIII əsr), Qız monastırı (XVIII-XIX əsrlər), Qazançı kilsəsi (XIX əsr), eləcə də Natəvanın evi (XVIII əsr), ikimərtəbəli karvansaray (XIX əsr), Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr), İsa bulağı (XIX əsr), İbrahim xanın qəsri (XVIII əsr), M.P.Vaqifin məqbərəsi (XX əsr) və s. tarixi memarlıq abidələri darmadağın edilib.
Ermənilər tərəfindən törədilən ekosid siyasətinin də miqyası çox böyükdür. Belə ki, onların vandalizm əməlləri Prezident İlham Əliyevin də xatırlatdığı kimi, məşhur Çinar meşələrindən, Bəsitçay Dövlət Təbiət Qoruğundan da yan ötməyib. Buradakı qiymətli ağaclar qırılaraq Ermənistana daşınıb və mebel sənayesində istifadə olunub. Üç onillik ərzində işğal altında qalan ərazilərimizdəki bu dağıntıları bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özlərinə dövlət quran, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. “Yəni bu, onlarda bir qayda idi, bu, normal bir davranış idi. Yəni vəhşilik normal bir davranış idi - kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparıb həm İran bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz belə”, - deyə Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdəki çıxışında vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

