Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

18.05.2026 [19:13]

May ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 424 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 4,7 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1863 vahid təşkil edib. 2026-cı ildə kommersiya qurumlarının 89,1 faizi elektron, 10,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31