Keçmiş məcburi köçkünlərin mülkiyyət hüququ bərpa olunur
04.06.2026 [10:54]
Parlamentin komitələrində bu məsələ ilə bağlı qanun layihələri müzakirə edilib
İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyinə Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda daxil edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur. Komitə sədri qeyd edib ki, məcburi köçkünlər uzun illər Azərbaycan dövlətinin xüsusi qayğısı ilə əhatə olunub. Onların sosial və digər problemlərinin həlli Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcbur köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib.
Bildirilib ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdirilib. Vətən müharibəsində Qələbədən sonra işğaldan azad ərazilərdə geniş bərpa və quruculuq işləri həyata keçirilir. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, yeni mərhələdə qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə dövlətimizin başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib. Qeyd olunub ki, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə hazırda 85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işlə təmin edilib.
Musa Quliyev bildirib ki, birinci Dövlət Proqramının icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişiklik edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. Bu gün müzakirəyə təqdim olunan qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, qanun layihəsi Vətən müharibəsində qazanılan Qələbənin hüquqi nəticəsi olmaqla, məcburi köçkünlük dövründən Böyük Qayıdış mərhələsinə keçidi təsbit edir. Onun sözlərinə görə, qanun layihəsi qalibiyyət dövrünün reallıqlarına uyğun məcburi köçkünlərin uzunmüddətli köçkünlük vəziyyətindən çıxarılaraq, daimi yaşayış və sabit həyat şəraiti ilə təmin olunmasının dəqiq hüquqi mexanizmlərini yaradır. Yeni hüquqi tənzimləmə müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ ilə əvəz edir, bununla da işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tam hüquqlu sahibi olurlar. Qanun layihəsi mülkiyyət hüququnun təmin olunması, daimi məskunlaşmanın təşviqi və sosial müdafiə tədbirlərinin davamlılığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonra iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, qanun layihəsinə əsasən məcburi köçkünlərin konstitusion mülkiyyət hüququnun bərpa olunduğunu, onun icra mexanizminin yaradıldığını söyləyib. O, mülkiyyət hüququnun bərpasını insan hüquqlarının təntənəsi kimi dəyərləndirib. Layihənin konseptual, hüquqi, vətəndaşların sosial müdafiəsi, insan hüquqlarının təmin edilməsi baxımından əhəmiyyətli olduğunu deyib, rəhbərlik etdiyi komitənin sənədi dəstəklədiyini bildirib.
Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar öz fikirlərini, bəzi qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi rəisinin müavini Səkinə Əliyeva çıxış ediblər, layihə barədə fikirlərini bildiriblər. Onlar qanun layihəsinin Böyük Qayıdış prosesinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, məcburi köçkünlərin mənzil və mülkiyyət hüquqlarının daha dolğun təmin olunmasına xidmət etdiyini vurğulayıblar. Həmçinin layihədə nəzərdə tutulan yeni hüquqi mexanizmlərin tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətiriblər.
Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

