Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
10.06.2026 [10:57]
Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davamlı xarakter daşımasının əhəmiyyəti vurğulanıb. Həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.
Daha sonra müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.
Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində dəyirmi masa müzakirələrində iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25

