Gədəbəydə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi
12.06.2026 [16:57]
15 İyun – Milli Qurtuluş Günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirildi.
Tədbirdən əvvəl iştirakçılar Gədəbəy rayon mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə edərək abidənin önünə gül dəstələri düzdülər.
Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP veteranları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində taleyüklü dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu gün dövlətçiliyimizin xilas edildiyi və sabit inkişaf yoluna qədəm qoyduğu mühüm mərhələ kimi tarixə düşüb. R. Nağıyev 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışının ölkədə hökm sürən xaos və böhranı aradan qaldıraraq güclü dövlət quruculuğunun əsasını qoyduğunu vurğuladı.
Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisə olduğunu qeyd edib. O bildirib ki, məhz bu dönüş sayəsində ölkədə sabitlik təmin olunmuş, dövlət institutları möhkəmləndirilmiş və ardıcıl inkişaf strategiyası formalaşdırılmışdır.
YAP veteranı Namiq Rüstəmov çıxışında 15 İyun tarixinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün də Azərbaycanın davamlı və uğurlu inkişafının əsasını təşkil edir.
Daha sonra digər çıxış edənlər də Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

