Azərbaycan Ordusu – Qələbədən Güc Alan Müasir Ordu
22.06.2026 [11:26]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan xalqı hər il 26 İyun – Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd edir. Bu əlamətdar tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə milli ordumuzun əsasının qoyulması ilə bağlıdır. Dövlət müstəqilliyimizin qorunmasında, ərazi bütövlüyümüzün təmin edilməsində və xalqımızın təhlükəsizliyinin müdafiəsində Azərbaycan Ordusunun müstəsna xidmətləri vardır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”.
Bu fikirlər müasir Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunun ən dolğun ifadəsidir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirildi, nizami və peşəkar hərbi sistem formalaşdırıldı. Milli Ordunun möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan Ordusunun maddi-texniki bazası daha da gücləndirildi, ən müasir silah və texnika ilə təchiz olundu, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi. Ordumuzun döyüş hazırlığı, peşəkarlığı və idarəetmə sistemi beynəlxalq standartlara uyğun səviyyəyə yüksəldi. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü hərbi qüvvəsinə çevrildi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu şanlı Qələbə xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyimizin tam bərpasını təmin etdi. Beləliklə, Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək tariximizin ən şanlı səhifələrini yazdı.
Bu gün hər bir azərbaycanlı güclü ordusu ilə fəxr edir. Azərbaycanın hərbi qüdrəti ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının əsas təminatlarından biridir. Ordumuzun qazandığı uğurlar dövlətimizin gücünü, xalqımızın birliyini və milli həmrəyliyini nümayiş etdirir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və ordumuzun şəxsi heyətini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar arzulayıram. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin maraqlarını etibarlı şəkildə qoruyacaq, xalqımızın təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanacaqdır.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın qalib Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27

