Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elanlar / "Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir

"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir

24.06.2026 [15:48]

Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC ölkədə süni intellekt texnologiyalarının tətbiqi və inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətini genişləndirməyə davam edir. Bu dəfə şirkət “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq reallaşdırılan “SİMM – Süni İntellektlə Müasir Məktəb” təşəbbüsünə dəstək verir.

Layihə təhsil sahəsində süni intellekt texnologiyalarının tətbiqinin təşviqinə yönəlib. Bu çərçivədə Bakı, Qarabağ və Gəncədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 120-dən çox müəllimi süni intellekt üzrə təlimlərə cəlb olunacaq. Layihənin əsas məqsədi məktəblərdə müasir texnologiyaların tətbiqini təşviq etmək, müəllimlərin süni intellekt alətlərindən tədris prosesində effektiv, təhlükəsiz və etik şəkildə istifadə bacarıqlarını inkişaf etdirməkdir.

Təşəbbüsün fərqləndirici xüsusiyyətlərindən biri onun kaskad modeli əsasında həyata keçirilməsidir. Belə ki, təlim proqramını uğurla başa vuran müəllimlər əldə etdikləri bilik və bacarıqları öz həmkarları ilə bölüşərək layihənin təsir dairəsinin genişlənməsinə dəstək olacaqlar.

Layihənin yekununda ən yüksək nəticə göstərən üç müəllim xüsusi mükafatlarla təltif olunacaq.

Qeyd edək ki, təşəbbüs müəllimlərin süni intellekt texnologiyalarından səmərəli və məsuliyyətli istifadə bacarıqlarını gücləndirməklə yanaşı, tədris prosesində innovativ yanaşmaların tətbiqinə də mühüm töhfə verəcək.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30