Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib

Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib

24.06.2026 [15:23]

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (AATA) qanad konstruksiyasında aşkar edilmiş çatlarla əlaqədar 16 ədəd “Airbus A380” sərnişin təyyarəsinin yoxlanılmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Tənzimləyici qurumun açıqlamasına görə, sözügedən 16 təyyarədən 15-i “Emirates”, biri isə “Qantas” aviaşirkətinə məxsusdur. AATA “Emirates”ə məxsus beş təyyarənin növbəti uçuşdan əvvəl təcili qaydada yoxlanılmasını tapşırıb. Qalan 11 təyyarə isə sonrakı mərhələdə, lakin 13-cü uçuşunu və ya 25 qalxma-enmə dövrünü tamamlamazdan əvvəl yoxlanılmalıdır.

“Airbus” şirkətinin məlumatına görə, AATA-nın göstərişi əsasında aparılan yoxlama zamanı təyyarələrdən birinin qanadının daxili konstruksiyasında çatlar aşkarlanıb. Şirkət bildirib ki, bu qüsur qanadın struktur bütövlüyünə mənfi təsir göstərə bilər. Bundan sonra eyni istehsal dövrünə aid bütün A380 təyyarələri müəyyənləşdirilib və onların mümkün qədər tez yoxlanılması barədə qərar qəbul edilib.

“Airbus A380” modeli 2004–2021-ci illərdə istehsal olunmuş və dünyanın ən böyük sərnişin təyyarəsi hesab edilir.

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30