Müstəqil Azərbaycanın tarixini dəyişən gün
24.06.2026 [11:23]
Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərinin icrasına başlayıb
Təqvimdə elə günlər var ki, biz onları heç vaxt unutmamalıyıq və unutmuruq da! Çünki həmin günlər müstəqilliyimizin əbədiyaşarlığı, bu günümüz, gələcəyimiz, bütövlükdə hər birimizin taleyi üçün müstəsna önəm daşıyır.
24 iyun 1993-cü il belə adi olmayan tarixlərdən biridir. Həmin tarix parlamentdə ölkə Prezidentinin səlahiyyətlərinin böyük siyasətçi, xalqımızın müdrik oğlu Heydər Əliyevə ötürülməsi ilə əlamətdardır. Azərbaycanda dövlət başçısı seçkilər yolu ilə müəyyənləşdirilir. Ancaq qeyd olunan tarixdə Prezident səlahiyyətlərinin parlamentin qərarı ilə Heydər Əliyevə ötürülməsi qeyri-adi bir hadisə idi ki, bu da o dövrdə ölkədə cərəyan edən son dərəcə ziddiyyətli ictimai-siyasi proseslər fonunda meydana çıxan zərurətlə bağlı idi. Çox doğru olaraq Heydər Əliyevin 1993-cü il iyunun 24-də respublikamızda Prezident səlahiyyətlərinin icrasına başlaması müasir tariximizin mühüm bir mərhələsinə keçid kimi dəyərləndirilir.
Müstəqilliyimizin xaos və tənəzzüllə səciyyələnən dövrü
Bəs parlament müvafiq qərarı nə üçün qəbul etdi? Prezident səlahiyyətləri niyə məhz Heydər Əliyevə ötürüldü? Bu kimi suallara çavab tapmaq üçün o dövrə qısa ekskurs etmək yerinə düşər. Müstəqilliyimizin ilk illərinin mənzərəsini göz önündə canlandıranda Heydər Əliyev dühasının hüdudsuzluğu, Onun Bakıya qayıdışının və paytaxtda ölkəyə rəhbərliyə başlamasının nə qədər böyük məna kəsb etdiyi barədə konkret təsəvvür yaranır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində bütövlükdə Azərbaycanda çox ağır vəziyyət hökm sürürdü. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi.
Belə vəziyyətdə silahlı qüvvələrimiz səfərbər olmaq, toparlanmaq əvəzinə, “liderlərin” əlində alətə çevrilmişdi. Orduda vahid komandanlıq yox idi. Hücüma kecən qüvvələrə qəfildən əlverişli mövqedən geri çəkilmək əmri gəlirdi. Gəncədə yerləşən və korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı briqada, necə deyərlər, ordu içində ordu sayılırdı. Müdafiə Nazirliyinin həmin hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar verməsi isə sanki odun üstünə yağ tökdü. İntriqalar, çəkişmələr daha da qızışdı. Müdafiə Nazirliyinin qərarı ilə razılaşmayan Surət Hüseynov qiyama başladığını bəyan etdi. Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-”Müsavat” hakimiyyəti faktiki olaraq ölkədə vətəndaş müharibəsinə rəvac verdi. Hətta həmin vaxt AXC-”Müsavat” qruplaşması öz hakimiyyətini qorumaq üçün Gəncənin bombalanması ilə bağlı qərar belə vermişdi. Hakimiyyətin bu kimi addımlarının ardından isə tabeçilik nümayiş etdirməyən hərbi hissənin zirehli maşınları və silahlı birləşmələri Bakıya doğru yol aldı. Qısa müddətdə bir neçə rayonda qanuni hakimiyyət devrildi. Baş verən hadisələr zamanı ilk qardaş qanı axıdıldı. Gəncə qiyamı Azərbaycanı “ölüm, ya qalım” dilemması ilə üz-üzə qoymuşdu.
Xalq, ziyalılar ümidlərini Heydər Əliyevə bağlamışdılar
Aydın görünürdü ki, AXC-”Müsavat” iqtidarı ölkədəki vəziyyəti düzəltmək, iqtisadi tənəzzülün qarşısını almaq, Surət Hüseynovun qiyamçı dəstəsini dayandırmaq iqtidarında deyil. Belə kritk dönəmdə görkəmli siyasətçi Heydər Əliyev xalq və elə AXC - “Müsavat” iqtidarı üçün bir ümid işığı kimi görünürdü. Paytaxtda və regionlarda xalq mitinqlərə toplaşaraq böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdi. Ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərinin mövqeyi eyni idi: “Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa, Azərbaycan xilas ola bilməyəcək”. Sadə vətəndaşlar “Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır” - deyə gözlənilən faciənin miqyasını dilə gətirirdilər. Ölkə ziyalıları dövlət sükanı arxasında görmək istədikləri yeganə insanın məhz görkəmli dövlət xadimi Heydər Əliyev olduğunu bu şəkildə yazırdılar: “Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz” (“91-lər”in Heydər Əliyevə məşhur müraciətindən).
Eyni zamanda, Gəncə qiyamı baş verəndən sonra AXC-”Müsavat” iqtidarının təmsilçiləri də Heydər Əliyevin yeganə ümid yeri olduğunu etiraf etməyəə başladılar və Ondan bir neçə dəfə Bakıya gəlib ölkəyə rəhbərliyi həyata keçirməyi xahiş etdilər. Əslində, Gəncədə baş verən hadisələrdən sonra o dövrdəki iqtidar mənsublarının ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmələri xalqın təkidli tələbləri ilə hesablaşmaqdan daha çox özlərinin xilasını düşünmələri ilə bağlı idi. Yada salaq ki, məhz AXC-”Müsavat” hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən yekdilliklə Ali Məclisin Sədri seçilən Ulu Öndərimizi bu vəzifədən uzaqlaşdırmaq idi. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və dağıdıcı ünsürlərə tutarlı cavab verdi.
Vətənini çox sevən Ulu Öndərin xilaskarlıq missiyası
Əslində, xalqını, Vətənini çox sevən Heydər Əliyev Azərbaycanın azadlığı uğrunda mücadiləyə Naxçıvandan başlayıb. Keçmiş ittifaq rəhbərliyindəki bütün vəzifələrindən istefa verdikdən sonra Azərbaycana dönən Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilib və Özünün şəxsi nüfuzundan, yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirib. Blokada şəraitində yaşayan Muxtar Respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qoruyub. Eyni zamanda, Heydər Əliyev Naxçıvanda verdiyi mühüm qərarlarla xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə nail olub.
Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər 1993-cü ilin yayında ölkədə yuxarıda təsvir etdiyimiz son dərəcə kritik vəziyyət yarananda da Ona bəslənilən ümidləri qırılmağa qoymadı və xalqının yanında olmağa qərar verdi. Başqa bir siyasətçi olsa idi, karyerasını düşünüb suların durulmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdisə, O həmin çətin günlərdə kənarda qala bilməzdi və qalmadı da! Sonralar “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi:
“...Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişdilər. Məni təkidlə dilə tutmuşdular. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişdilər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdi. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim”.
Xalqının səsinə səs verərək Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu arada ölkə Prezidenti Əbülfəz Elçibəyin heç kəsə xəbər vermədən Kələkiyə qaçması xəbəri gəldi. “Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki, təyyarə Bakıdan uçmamışdan bir saat əvvəl biz bir yerdə idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir. Buradan Prezidenti Xalq Cəbhəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar”, - deyə Heydər Əliyev həmin çətin dövrü xatırlayarkən bildirib.
Heydər Əliyev məhz belə bir şəraitdə 24 iyun 1993-cü il tarixindən Prezident səlahiyyətlərinin icrasına başladı. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.
Zəfərlərə imza atan güclü Azərbaycan
1993-cü ildən başlayan qurtuluş yolu ilə inamla irəliləyən Azərbaycan böyük uğurlara imza atıb. Bu uğurların təməlində dayanan əsas amil isə Heydər Əliyevin əsasını qoyduğu siyasətin sonrakı 20 ildən artıq müddətdə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsidir. Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. O, verdiyi vədə sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.
Azərbaycanda Heydər Əliyevin əsasını qoyduğu siyasətin dövlətimizin başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilməsi ölkəmizin bugünkü müsbət reallıqlarını yaradıb. Qısa müddətdə respublikamız regionun lider dövlətinə çevrilib. Heydər Əliyev yolu ilə inamla irəliləyən müstəqil Azərbaycanın ən böyük uğurları isə 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında şanlı zəfərlərə imza atmasıdır. Bu qələbələr sayəsində respublikamız ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etdi. Qürurverici haldır ki, bu gün respublikanın bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27

