Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya Müdafiə Nazirliyi F126 freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır

Almaniya Müdafiə Nazirliyi F126 freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır

24.06.2026 [17:27]

Almaniyanın müdafiə naziri Boris Pistorius Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan F126 tipli freqatların inşası layihəsini dayandırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.

Xəbərə görə, nazirlik Almaniya Hərbi Dəniz Qüvvələrinin tarixində ən iri silahlanma proqramlarından hesab olunan layihəni davam etdirmək niyyətində deyil. Altı hərbi gəminin inşası əvvəlcə Niderlandın “Damen Naval” gəmiqayırma şirkətinə həvalə olunmuşdu. Lakin layihədə ciddi gecikmələr və müqavilənin ləğvi riskləri səbəbindən baş podratçı funksiyasının Almaniyanın “Rheinmetall” şirkətinə verilməsi nəzərdə tutulurdu.

Məlumata əsasən, “Rheinmetall” freqatların tikintisini təxminən 13 milyard avroya başa çatdırmağı təklif edib. 2020-ci ildə başladılan layihəyə indiyədək 2 milyard avrodan çox vəsait xərclənib.

Bununla belə, Boris Pistoriusun layihədən imtina variantını nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, müdafiə naziri alternativ olaraq Almaniyanın TKMS şirkətinin istehsalı olan Meko-200 tipli freqatların Bundesver üçün alınmasını planlaşdırır. Nəşr bu yanaşmanın Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən də dəstəkləndiyini bildirib.

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30