Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Agentlik sədri: 2025-ci ildə dövlət satınalmalarının həcmi 10,8 milyard manata çatıb

Agentlik sədri: 2025-ci ildə dövlət satınalmalarının həcmi 10,8 milyard manata çatıb

01.07.2026 [15:12]

Son illər ölkədə dövlət satınalmalarının həcmi əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə ümumi həcmi 6,6 milyard manat olan dövlət satınalmaları 2025-ci ildə 1,6 dəfə artaraq 10,8 milyard manata çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, dövlət satınalmalarının genişlənməsi iqtisadi fəallığın artmasına, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə, yeni iş yerlərinin yaradılmasına və özəl sektorun inkişafına mühüm töhfə verir.

Elnur Bağırov əlavə edib ki, ötən il 2 mindən çox satınalan təşkilat tərəfindən keçirilən 19 min satınalmada 9 minə yaxın təchizatçı iştirak edib, bu da dövlət satınalmalarında rəqabət mühitinin inkişaf etdiyini göstərir.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31