Qalib Liderə artan ümumxalq inamı
03.07.2026 [11:17]
Hazırda Azərbaycanda respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir. Bu reallıq Medianın İnkişafı Agentliyinin (MEDİA) 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə apardığı ictimai rəy sorğusu nəticəsində qeyd edilib.
Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad göstərdiyini təsdiq edir.
Qeyd edək ki, ictimai rəy sorğusu 20 may - 30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib.
Vətəndaşların seçki davranışları ən güclü indikatorlardan biri kimi
MEDİA-nın apardığı ictimai rəy sorğusunda müxtəlif indikatorlar üzrə göstəricilər əsas götürülüb. Bildirilir ki, Azərbaycan Prezidentinə etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti - 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi: “Sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlət başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada, Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir - respondentlərin 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb”.
Cəmiyyətin, insanların liderlərə münasibəti və etimadı seçkilər yolu ilə müəyyənləşir. Dünya təcrübəsində həmçinin seçkilərdən sonra liderlərin reputasiyasının sabit qalmadığı, əsasən də aşağı düşdüyü tez-tez izlənilən bir prosesdir. Bu da onunla bağlıdır ki, seçkilərə qatılan ayrı-ayrı liderlər cəmiyyət üçün həssas məqamları nəzərə almaqla populist vədlər verirlər, üzərlərinə icrası praktiki cəhətdən mümkün olmayan öhdəliklər götürürlər. Seçkilərdən az sonra isə bəlli olur ki, “hər şeyə qadir olan” lider əslində çox bacarıqsızdır və xalqı arxasınca aparmaq iqtidarında deyil. Təbii ki, bu halda onun reputasiyası da quyunun dibinə düşür.
Prezident İlham Əliyevlə bağlı vəziyyət isə tamam fərqlidir. Dövlətimizin başçısı Özünün yüksək reputasiyasını 2003-cü ilin oktyabrında baş tutan seçkilərdən 2024-cü ilin fevralında keçirilən son Prezident seçkilərinədək qoruyub saxlayıb. Biz Prezident İlham Əliyevə ümumxalq rəğbətinin davamlı olaraq artdığını müşahidə edirik. İlham Əliyev Prezident seçkiləri marafonuna ilk dəfə 2003-cü ildə qatılıb. Həmin il oktyabrın 15-də demokratik qaydada keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 76,84 faizdən çoxunun etimadını qazanaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə baş tutan Prezident seçkilərində seçicilərin 88,73 faiz səsini qazanıb. 2013-cü il Prezident seçkilərində seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev, 2018-ci il aprelin 11-də baş tutmuş növbədənkənar Prezident seçkilərində 86,02 faiz seçici etimadı əldə edib.
İndi isə 2024-cü il fevralın 7-də keçirilən son Prezident seçkilərinin nəticələrinə nəzər salaq. Həmin seçkilərdə İlham Əliyev səslərin 92,12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb. Mərkəzi Seçki Komissiyasının fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasında bildirilib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.
Rəqəmlərdən də göründüyü kimi, İlham Əliyevə seçici inamı onilliklər boyunca nəinki azalmayıb, əksinə, daha da artıb ki, bu da səbəbsiz deyil. Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.
Bunu şərtləndirən əsas amil isə İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdir. Onun müdrik baxışları, fəaliyyətində hər zaman əməl etdiyi 4 qızıl qayda, xalqa arxalanması, milli maraqları önə çəkməsi, hər hansı bir fəaliyyət üçün zamanı düzgün seçməsi, heç vaxt tələsməməsi və heç vaxt da gecikməməsi Azərbaycanı zirvələrə yüksəldib.
Niyə məhz İlham Əliyev?
Medianın apardığı ictimai rəy sorğusunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib. Yuxarıda vurğuladığımız kimi, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğur hekayəsi 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkiləri ilə başlayıb. Bəs insanlar niyə məhz İlham Əliyevin namizədliyini dəstəklədilər?
Sualın cavabı olaraq iki mühüm amili xüsusi fərqləndirmək mümkündür. Seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin böyük üstünlüklə qalib gəlməsinə təsir göstərən mühüm məqamlardan biri kimi, Azərbaycan xalqının özünün böyük oğlu, Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, Onun əsasını qoyduğu siyasətə inamını qeyd edə bilərik. İdeoloji cəhətdən iki fərqli formasiyada respublikamıza rəhbərlik edən Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməklə ölkəni xaos, anarxiya vəziyyətindən çıxararaq sabitliyə və inkişafa istiqamətləndirib.
Heydər Əliyevin Özü və xalqımız yaxşı başa düşürdü ki, Azərbaycanın nicatı, müstəqilliyimizin qorunması, gələcək inkişafımız məhz bu siyasətin ardıcıllığının təmin edilməsindən asılıdır. Daim Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev seçkilərdən bir qədər əvvəl - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirib və seçiciləri Prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıb. Həmin tarixi müraciətdə oxuyuruq: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı Heydər Əliyevin bu çağırışını məmnuniyyətlə qəbul etdi. 2003-cü ilin oktyabrında baş tutan seçkilərin nəticələrini şərtləndirən ikinci mühüm amil bilavasitə İlham Əliyevin Özünün həmin dövrədək daşıdığı müxtəlif vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Bu gün narahat, ziddiyyələrlə dolu dünyada Azərbaycanın qazandığı uğurlar əyani şəkildə təsdiqləyir ki, müasir dövr siyasətçilərinə verilən bütün tələblər İlham Əliyevdə cəmləşib. Yüksək intellekt, yaxşı təhsil, idarəetmədə mükəmməl təcrübə, siyasi konyukturanı bilməsi, ən əsası isə xalqa yaxınlığı, milli maraqlarımıza sadiqliyi Onu seçkilərə qatılan digər namizədlərdən fərqləndirirdi. Onun keçdiyi yol qürurverici idi. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olmuşdu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifələrində çalışmışdı. Azərbaycanlı seçicilər Onun Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurları yaxşı xatırlayırdılar. İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən etibarən), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik yolu keçmişdi. İlham Əliyev 1999-cu ildə Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının Sədr müavini, 2001-ci ildə isə Sədrin 1-ci müavini seçilmişdi. Bütün sadalanan vəzifələrdə İlham Əliyev Ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultmuşdu. Bu da seçicilərin İlham Əliyevin namizədliyini dəstəkləməsi üçün əsas oldu.
Dövlət siyasətində varislik - verilən vədlər yerinə yetirilir
“Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirdə göstərilən hədəflərin hər biri bu gün real həyatda öz əksini tapıb. İlham Əliyevin ilk andiçmə mərasimində verdiyi vədlər məzmunca taleyüklü olduğu kimi, ötən dövrdə keçilən yol da qərinələrə bərabərdir, Azərbaycan xalqı Ona bəslənən etimadın yüksək səviyyədə doğrulduğuna şahidlik edir və bundan qürur duyur. Prezident İlham Əliyevin vəd verdiyi kimi, Ulu Öndərin əsasını qoyduğu siyasətə sadiq qalması Azərbaycanın ən böyük uğuru və xalqımızın ən böyük xoşbəxtliyidir. Siyasi varisliyin təmin edilməsi ölkəmizi bəzi dövlətlərin timsalında müşahidə etdiyimiz pis nümunələrdən - geri dönmələrdən qoruyub və davamlı inkişafa istiqamətləndirib.
Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas leytmotivini təşkil edir. Prezident İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən tam müstəqil dövlətə çevirib. Bugünkü kataklizmlərlə dolu olan dünya reallığında suverenlik anlayışını heç də bütün dövlətlərə şamil etmək mümkün deyil. Bəzi dövlətlərin iqtisadi resursları zəifdir, digər bir qism dövlətlərin liderləri müstəqil siyasi iradəyə malik deyillər. Bu və başqa amillərə görə də həmin ölkələr digər dövlətlərin forpostu qismində çıxış edirlər. Belə dövlətlərin müstəqilliyi və suverenliyi şərti səciyyə daşıyır. Azərbaycanın nümunəsi isə fərqlidir. Güclü iqtisadi-maliyyə dayaqlarına malik olan respublikamız hansısa bir məsələni həll etdikdə kənardan, xarici ölkələrdən və beynəlxalq qurumlardan kömək ummur, öz problemlərini özü həll edir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, iqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi cəhətdən də müstəqil ola bilməz. Biz qürur duyuruq ki, son iyirimi ildən artıq müddətdə dövlətimizin başçısının müdrik siyasətinin nəticəsi olaraq Azərbaycanın iqtisadi müstəqilliyi və bu əsasda siyasi müstəqilliyi tam təmin olunub.
Şanlı zəfərlərimiz tarixdə əbədi qalacaq
İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-“Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi.
Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Dövlət başçısı seçildiyi vaxtdan Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Dövlətimizin başçısı yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırır, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Beləliklə də, özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.
Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsində möhtəşəm Zəfərə imza atsaq da, hələlik tarixi missiyamız tamamlanmamışdı. Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi bizim üçün maksimal hədd olacaq.
Lakin heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmayıb. Sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olub və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazilərimizdə separatizmin kökünün tamam kəsilməsi ilə öz məntiqi sonluğuna çatıb. Bu gün ölkənin bütün ərazisində Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Elə 2024-cü ilin fevralında son Prezident seçkiləri də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirildi. Şanlı zəfərlərimiz tarixdə əbədi qalacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

