Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

26.08.2026 [15:26]

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşma körfəz bölgəsində yalnız region ölkələri arasında nizamlanmanın nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Xarici işlər naziri bildirib ki, "Yeni dəhlizin təklif olunan strukturu və Omanla tərəfdaşlıq çərçivəsində minaların təmizlənməsi, eləcə də Hörmüz boğazının gələcək idarə olunması regional həll yollarına nümunədir". O qeyd edib ki, bu yaxınlarda Tehrana səfər edən Pakistan və Oman nümayəndələri ilə görüşlər zamanı "xüsusi olaraq region daxilindəki ölkələr arasında həll yollarına vurğu edilib".

Əraqçi əlavə edib ki, İranın sülh və sabitliyə sadiqliyi qonşu dövlətlərlə davam edən diplomatik əlaqələrlə paralel gedir.

Qeyd edək ki, İran və Oman Hörmüz boğazında birgə idarəetmə istiqamətində müvəqqəti dəniz dəhlizi yaratmaq, eləcə də daimi dəhliz üzrə texniki danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31