Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Yaşar Qasımbəyli: Maqsud Şeyxzadənin xatirəsi Azərbaycan–Özbəkistan dostluğunun əbədi rəmzidir

Yaşar Qasımbəyli: Maqsud Şeyxzadənin xatirəsi Azərbaycan–Özbəkistan dostluğunun əbədi rəmzidir

26.08.2026 [18:51]

Azərbaycan–Özbəkistan münasibətləri qədim və möhkəm tarixi-mədəni köklərə söykənir. İki qardaş xalqın dostluq və qardaşlıq əlaqələrinin inkişafında görkəmli Azərbaycan şairi, alim və dramaturq Maqsud Şeyxzadənin də xüsusi rolu var. Onun uzun illər Özbəkistanda elmi-pedaqoji və ədəbi fəaliyyəti Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm iz qoyub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Yaşar Qasımbəyli söyləyib.

Professor qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətləri möhkəm tarixi və mədəni əsaslara söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana mütəmadi səfərləri iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafına mühüm töhfələr verir. Bu səfərlərin gələcək nəsillər tərəfindən də Azərbaycan–Özbəkistan dostluğunun möhkəmlənməsində mühüm mərhələ kimi xatırlanacağı vurğulanıb. Yaşar Qasımbəyli Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iki xalq arasındakı dostluğun mühüm rəmzlərindən birinə çevrildiyini diqqətə çatdırıb. O, universitetin tarixindən danışarkən burada uzun illər fəaliyyət göstərmiş görkəmli Azərbaycan və Özbəkistan şairi, alimi, dramaturqu və professoru Maqsud Şeyxzadənin adını xüsusi ehtiramla yad edib. Maqsud Şeyxzadə uzun illər Daşkənddə pedaqoji fəaliyyət göstərərək Özbəkistanın elm və ədəbiyyat mühitində böyük nüfuz qazanıb. O, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının tədqiqində mühüm xidmətlər göstərib, iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinin inkişafına böyük töhfələr verib. Yaşar Qasımbəyli bildirib ki, 1947-ci ildə Daşkənd Dövlət Pedaqoji İnstitutuna Nizami Gəncəvinin adının verilməsində də Maqsud Şeyxzadənin xüsusi xidmətlərinin olduğu qeyd edilir. Həmin dövrdə dosent kimi fəaliyyət göstərən Şeyxzadə Nəvai haqqında fundamental araşdırmaların müəllifi, şair və yazıçı kimi tanınırdı.

“Biz Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetindən bəhs edərkən mütləq Maqsud Şeyxzadəni də xatırlamalıyıq”, – deyən professor onun irsinin Azərbaycan–Özbəkistan dostluğunun yaşadılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Maqsud Şeyxzadənin xatirəsi bu gün də Özbəkistanda böyük ehtiramla yad olunur. Onun tələbələri və yaradıcılığını tanıyan insanlar azərbaycanlılarla görüşlərdə Şeyxzadə müəllimi minnətdarlıq və səmimiyyətlə xatırlayırlar. Maqsud Şeyxzadə Azərbaycanı və Özbəkistanı birləşdirən, gələcəkdə də birləşdirəcək böyük mənəvi simalardan biridir. Görkəmli ziyalının xatirəsinin əbədiləşdirilməsi və irsinin yeni nəsillərə çatdırılması vacibdir.

Maqsud Şeyxzadə Azərbaycanı və Özbəkistanı həmişə birləşdirən və birləşdirəcək rəmzlərdən biridir. Maqsud Şeyxzadənin zəngin yaradıcılıq və elmi irsi iki qardaş xalq arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən qiymətli mənəvi sərvətdir.

Qeyd edək ki, milliyyətcə Azərbaycan türkü olan Özbəkistan şairi, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri Maqsud Şeyxzadə Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir və Ağdaş şəhərində anadan olub. Fuad Şıxıyevin qardaşı olan şair 1925-ci ildə Bakıda Darülmüəllim məktəbini bitirib, müxtəlif illərdə müəllim, jurnalist və elmi işçi kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sonunadək Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən mühazirələr oxuyan Maqsud Şeyxzadə 30-dək şeir kitabının, “Cəlaləddin Mənquberdi” və “Mirzə Uluğbəy” mənzum pyeslərinin, 200-dən çox elmi, tənqidi və publisistik əsərin, eləcə də Əlişir Nəvaiyə həsr olunmuş “Dahi şair” monoqrafiyasının müəllifidir.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31