Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu

05.07.2026 [12:19]

Amerika Birləşmiş Ştatları 250 illik yubileyi ilə bağlı keçirilən tədbirlərə möhtəşəm atəşfəşanlıq şousu ilə yekun vurub.

AZƏRTAC xəbər verir ki, paytaxt Vaşinqtonda əsl bayram ab-havası yaşanıb. Şəhərin müxtəlif istiqamətlərində, hündür nöqtələrdə və “National Mall” ətrafında toplaşan yüz minlərlə insan güclü yağışa baxmayaraq, bu möhtəşəm görüntüləri böyük coşqu ilə izləyib. Əslində, 4 iyul bayramı çox qəribə hava şəraiti ilə başlayıb və kəskin istilər səbəbindən bir sıra tədbirlər təxirə salınıb. Axşam saatlarında isə güclü yağış və fırtına ABŞ Prezidenti Donald Trampın planlaşdırılan çıxışının və atəşfəşanlığın təxirə salınacağı ilə bağlı proqnozları gücləndirsə də, bir az gecikmə ilə gün planlanan şəkildə yekunlaşıb. Potomak çayı üzərində yerləşdirilən platformalardan havaya buraxılan yüz minlərlə pirotexniki vasitə gecə səmasını işıqlandıraraq Amerika tarixinin ən böyük atəşfəşanlıq nümayişlərindən birinə çevrilib. Təxminən 40 dəqiqə davam edən şou miqyası və istifadə olunan pirotexniki vasitələrin sayına görə Ginnesin Rekordlar Kitabına düşməyə namizəddir.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31