Yayın əvəzolunmaz dadı!
08.07.2026 [08:39]
Dondurma sevənlərin günüdür...
İsti yay günlərinin əvəzolunmaz ləzzəti, uşaqlıq xatirələrinin ayrılmaz hissəsi və dünyanın demək olar ki, bütün ölkələrində sevilərək istehlak edilən qida məhsullarından biri olan dondurma təkcə şirin bir desert deyil, eyni zamanda müxtəlif xalqların mətbəx mədəniyyətini, qida sənayesinin inkişafını və insanların həyat tərzini özündə əks etdirən xüsusi bir simvoldur. Məhz bu səbəbdən hər il 8 iyul tarixində qeyd olunan Beynəlxalq Dondurma Günü milyonlarla insan üçün sevincli və rəngarəng bir bayrama çevrilir.
Beynəlxalq Dondurma Günü insanlara sadəcə sevimli desertlərini dadmaq üçün deyil, həm də qida sənayesində baş verən yenilikləri, müxtəlif ölkələrin kulinariya ənənələrini və fərqli mədəniyyətlərin ortaq zövqünü tanımaq üçün gözəl fürsət yaradır. Çünki dünyanın harasında yaşamasından asılı olmayaraq, insanlar bir top dondurmanın yaratdığı xoş hissləri, uşaqlıq xatirələrini və paylaşma sevincini eyni səmimiyyətlə yaşayırlar.
Dondurmanın yaranma tarixi
Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, dondurma 17-ci əsrdə Fransada yaranıb. Ancaq bir rəvayət də var ki, 13-cü əsrdə Roma imperatoru qarları meyvə şirəsi ilə şirinləşdirmək üçün dağlara meyvə suları göndərib. Bəzi iddialara görə, onun hazırlama ideyası 1903-cü ildə bir italiyan tərəfindən icad edilmiş və patentləşdirilib. Amma 1904-cü ildə St. Louis World Fair, suriyalı vafli satıcısı dondurma satıcısına kömək etmək üçün xəmiri konus halına gətirdi və bunu populyarlaşdırdı. Beynəlxalq Süd Yeməkləri Dərnəyinə görə, bu gün orta hesabla bir amerikalı ildə təxminən 20 litr dondurma yeyir.
Zaman keçdikcə bu sadə reseptlər inkişaf edərək bugünkü qaymaqlı, meyvəli, şokoladlı, vanilli və yüzlərlə fərqli çeşiddə təqdim olunan müasir dondurmaların yaranmasına səbəb olub. Bu da qida texnologiyalarının nə qədər böyük yol keçdiyini göstərən maraqlı nümunələrdən biridir. Ən çox satılan növləri bazarın 33 faizini təşkil edən vanilli və 19 faizini təşkil edən şokoladlı növləridir. İyun, iyul və avqust dondurmanın ən çox istehsal və istehlak olunduğu aylardır.
Dondurma istehlak edən əsas ölkələr
Hazırda dünyada ən çox dondurma istehlak edən ölkələr sırasında ABŞ ön sıralarda yer alır. Burada hər il milyardlarla porsiya dondurma satılır, çünki amerikalılar üçün bu məhsul sadəcə yay aylarının deyil, ilin bütün fəsillərinin sevilən deserti hesab olunur. Böyük supermarketlərdən kiçik ailə kafelərinə qədər hər yerdə yüzlərlə fərqli dad seçimi təqdim edilir və yeni reseptlərin hazırlanması istiqamətində davamlı yeniliklər həyata keçirilir.
ABŞ dondurma istehsalına görə də dünyanın ən böyük istehsalçılarından biri hesab olunur. Ölkədə fəaliyyət göstərən iri qida müəssisələri hər il milyonlarla ton dondurma istehsal edərək həm daxili bazarın tələbatını ödəyir, həm də məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac edir. Bununla yanaşı İtaliya, Çin, Almaniya və Fransa kimi ölkələr də həm istehsal həcmi, həm də özünəməxsus reseptləri ilə qlobal dondurma sənayesində mühüm yer tutur. Xüsusilə, İtaliya özünün məşhur “gelato” ənənəsi ilə dünyada seçilir və bu ölkədə hazırlanmış dondurmalar daha az hava tərkibinə, daha sıx quruluşa və təbii inqrediyentlərdən istifadə olunmasına görə fərqləndiyindən milyonlarla turist hər il məhz orijinal italyan “gelato”sunun dadına baxmaq üçün bu ölkəyə səfər edir.
Ölkəmizdə də dondurma yay mövsümünün ən çox sevilən məhsullarından biri hesab olunur. Son illər yerli istehsal müəssisələrinin fəaliyyətinin genişlənməsi nəticəsində bazarda həm klassik, həm də milli dad elementləri ilə zənginləşdirilmiş yeni çeşidlər təqdim edilir. İstehlakçılar isə yerli məhsullarla yanaşı dünyanın müxtəlif ölkələrinin məşhur dondurma markalarını da rahatlıqla əldə edə bilirlər.
Dondurmanın xeyirləri nədir?
Sağlam qidalanaraq xəstəliklərdən qorunmağımızda çox əhəmiyyətli rol oynayan immun sistemimizi daim dəstəkləməliyik. A vitamini və zülal tərkibi sayəsində dondurma immunitet sisteminin işinə kömək edir və dişləri gücləndirir. Belə ki, dondurmanın tərkibində olan fosfat dişlərin, diş əti və sümüklərin sağlamlığını qoruyur.
Ancaq karies meydana gəlməsinin qarşısını almaq üçün yedikdən sonra dişlərin mütləq şəkildə fırçalanması çox vacibdir. Süd, meyvə və şokoladlı dondurmalar kaliumla zəngindir. Kalium ürək sağlamlığı üçün çox vacib bir mineraldır.
Bundan əlavə, kalium bədənin elektrolit balansında mühüm rol oynayır. Əzələləri qoruyur, içindəki maqnezium sayəsində bədəndəki turşu-əsas balansını tənzimləməyə kömək edir. Əzələ və sinir sistemi üçün kalsium əvəzolunmazdır.
O, əzələlərin yığılmasına, maqnezium isə rahatlamağa kömək edir ki, bu xüsusiyyətə görə bağırsaqların işləməsi üçün də çox əhəmiyyətlidir. Bütün bunlara əlavə olaraq, maqnezium qan təzyiqini tənzimləmək kimi 300-dən çox metabolik reaksiyada iştirak edir və damar elastikliyini təmin edir.
Xüsusilə, şokoladlı dondurma yüksək maqnezium ehtiva edir və 2 qaşıq dondurma ilə gündəlik maqnezium ehtiyacınızın 10-15 faizini ödəyə bilərsiniz. Vitamin B2 olaraq da bilinən riboflavin tərkibi ilə dondurma bədənimizdə enerji istehsalını dəstəkləyir. Riboflavin selikli qişanı qorumaq və dərinin bərpasına kömək etmək kimi xüsusiyyətlərə də malikdir.
Zərərləri hansıdır?
Dondurmanın faydaları ilə yanaşı orqanizmə zərərli təsirləri də məlumdur. Belə ki, yay ayları çox isti olduğu üçün dondurmanın yeyilməsi qəlfətən ağız boşluğu, əsnək, udlaq və qırtlağın soyumasına səbəb olur ki, bu da qısa zaman kəsiyinda yuxarı tənəffüs yollarının itihabi xəstəliklərinin inkişaf etməsinə gətirb çıxarır.
Bildiyimiz kimi, dondurmaların hazırlanmasında çiy yumurtadan istifadə olunduğuna görə bağısaq infeksiyaları, qida toksikoinfeksiyaları və digər qida zəhərlənmələri qaçınılmazdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24

