Sülh danışıqlarının 6-cı mərhələsi...
08.07.2026 [09:12]
İsrail və Livan nümayəndələri Romada səfirlər səviyyəsində görüşəcəklər
Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi və dəstəyi nəticəsində iyulun 26-da Livan və İsrail hökumətləri arasında çərçivə sazişinin imzalanması tərəflər arasında gərginliyi azaltmayıb. Belə ki, İsrail hələ də Livanda bəzi hərbi hədəflərə hücumlarını davam etdirir.
İsrail və Livan arasında razılaşmaya dair çərçivə sazişi İsrail qoşunlarının respublika ərazisindən tədricən çıxarılmasını nəzərdə tutur. Sənəd münaqişəyə son qoyulmasını, Livanın bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsini və onlarla əlaqəli infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxmalıdır. Təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri də daxil olmaqla, prosesin təfərrüatları ABŞ-ın dəstəyi ilə hazırlanmış ayrıca bir əlavədə göstəriləcək. Saziş, həmçinin hazırda İsrail qüvvələrinin əlində olan iki ərazinin nəzarətinin Livan hakimiyyətinə verilməsini nəzərdə tutur. Onların dəqiq yeri açıqlanmır. Sənəddə vurğulanır ki, “Hizbullah” da daxil olmaqla silahlı qrupların yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə İsrail Müdafiə Qüvvələrinin Livandakı mövcudluğunu aradan qaldırmağa imkan verəcək.
Çərçivə sazişi yekun razılaşma deyil
Livanın xarici işlər naziri Yusif Raci isə İsraillə əldə olunmuş çərçivə sazişinin yekun razılaşma olmadığını, yalnız münaqişənin həlli istiqamətində danışıqların davam etdirilməsi üçün əsas yaratdığını bildirib. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Nazirin sözlərinə görə, İsraillə imzalanmış çərçivə sazişi yekun sənəd deyil, gələcək danışıqların aparılması və prosesin tamamlanması üçün baza rolunu oynayır. Yusif Raci qeyd edib ki, Livan mövcud şəraitdə danışıqlara başlamağa məcbur olub. O bildirib ki, hökumət ölkədə sabitlik və rifahın yeni mərhələsini başlatmaq niyyətindədir.
Nazir, həmçinin vurğulayıb ki, silahlı qüvvələrin və silahların yalnız dövlətin nəzarətində olması təkcə xarici tərəflərin tələbi deyil, həm də Livanın güclü, normal və suveren dövlət kimi inkişafı üçün zəruri şərtdir.
İsrailin ABŞ-dakı səfiri Yexiel Lyayter isə deyib ki, İsrail-Livan danışıqlarının altıncı mərhələsi iyulun 15-16-da Romada səfirlər səviyyəsində keçiriləcək. Diplomatın sözlərinə görə, iyulun 21-də ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aunla görüşəcək. Bu görüş İsrailin Baş naziri Benyamin Netanyahu və Tramp arasında planlaşdırılan görüşdən sonra baş tutmalıdır. Aun ilə Netanyahu arasında görüşün keçirilməsi isə planlaşdırılmır. Daha əvvəl C.Aun ABŞ administrasiyasını İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını sürətləndirmək üçün Təl-Əvivə təzyiq göstərməyə çağırmışdı. Aunun sözlərinə görə, İsrail qoşunlarının davam edən mövcudluğu Livanın suverenliyini sarsıdır, milli ordunun cənub sərhədində yerləşdirilməsinə mane olur və Vaşinqtonda imzalanmış çərçivə sazişinin icrasını təhlükə altına qoyur. Livan Prezidenti vurğulayıb ki, İsrail qüvvələrinin çıxarılması sülh və sabitliyə nail olmaq üçün əsas şərtdir. O, həmçinin xəbərdarlıq edib ki, İsrailin hərbi mövcudluğunun qorunub saxlanması ABŞ və Livanın can atdığı məqsədlərin həyata keçirilməsinə kömək etməyəcək.
Livan hərbçilərini İsral sərhədində yerləşdirmək niyyətindədir
Bundan əlavə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperi Beyrutda qəbul edən Livan Prezidenti Cozef Aun bildirib ki, Livan öz hərbi qulluqçularını İsraillə sərhəddə yerləşdirmək niyyətində qətidir: “Livan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bütün uzunluğu boyu yerləşdiriləcək və İsrail buna mane olmamalıdır”.
Görüş zamanı Aun Livan-İsrail danışıqlarının yekunlarına əsasən iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb. Xatırladaq ki, CENTCOM komandanı Livan ordusu bölmələrinin ölkənin cənubundakı “pilot zona”larda yerləşdirilməsinə yardım edəcək bir qrup hərbi müşahidəçi ilə birlikdə Təl-Əvivdən Beyruta gəlib. Razılaşmaya əsasən, İsrail hərbçiləri Litani çayının şimalındakı bir neçə ərazini tərk edəcəklər, daha sonra isə bu əraziləri Livan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
Tehranın mövqeyi dəyişməyəcək
Bu arada Livan parlamentinin sədri Nəbih Berri İrana səfər edib. Onunla görüş zamanı İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İsrailin Livana hücumları ilə bağlı Tehranın mövqeyi dəyişməyəcək. A. Əraqçi Livan xalqının İsrailin hücumları və davamlı təhdidləri qarşısında dözümlülüyünü yüksək qiymətləndirib. N. Berri isə Livanın ərazi bütövlüyü və milli suverenliyini dəstəkləməkdə nümayiş etdirdiyi prinsipial mövqeyinə görə İrana minnətdarlığını bildirib.
Rəsmi Tehran hesab edir ki, İsrail ordusunu Livanın bütün bölgələrində əməliyyatları dayandırmağa məcbur etmək üçün ABŞ tərəfindən bütün zəruri tədbirlərin görülməsi vacibdir. İran İsrail ordusunun Livandan geri çəkilmə qrafikinin daha sürətli müəyyənləşdirilməsini tələb edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

