Frontex: Avropa İttifaqı sərhədlərindən qanunsuz keçmələrin sayı 37 faiz azalıb
10.07.2026 [16:49]
Bu ilin ilk altı ayında Avropa İttifaqının (Aİ) xarici sərhədlərində qeyri-qanuni keçidlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalaraq 49 mindən bir qədər çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatında bildirilib. Qeyd olunub ki, azalma tərəfdaş ölkələrlə davamlı əməkdaşlıq və əsas mənşə ölkələrində həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Avropaya istiqamətlənən qayıqların sayının azalması ilə bağlıdır.
Hesabata görə, Şərqi və Mərkəzi Aralıq dənizi marşrutları qeyri-qanuni miqrasiyanın əsas istiqamətləri olaraq qalır və ümumi keçidlərin 60 faizindən çoxunu təşkil edir. Şərqi Aralıq dənizi marşrutunda 16,6 mindən çox keçid qeydə alınıb ki, bu da illik müqayisədə 20 faiz azdır. Mərkəzi Aralıq dənizi marşrutu üzrə isə təxminən 14 min 300 keçid qeydə alınıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox azdır.
Qərbi Afrika marşrutunda qeyri-qanuni keçidlərin sayı 67 faiz azalaraq təxminən 3700-ə enib. Qərbi Aralıq dənizi marşrutu isə artım qeydə alınan yeganə əsas istiqamət olub. Bu marşrut üzrə aşkarlanan keçidlərin sayı 17 faiz artaraq təxminən 7900-ə çatıb. Artım əsasən Əlcəzairdən gələn miqrantların sayının çoxalması ilə əlaqələndirilir.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən indiyədək Aralıq dənizində 1300-ə yaxın insan həyatını itirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

