Milli Məclisin iclasında...
11.07.2026 [10:39]
Millət vəkilləri 22 məsələni müzakirə ediblər
İyulun 7-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. İclasın gündəliyinə 22 məsələ daxil edilib.
Əvvəlcə “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında qanun layihəsi qəbul edilib. Beynəlxalq Konvensiya 2004-cü il fevralın 13-də London şəhərində imzalanıb.
Sonra “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilənin təsdiq edilməsi barədə” qanun layihəsi qəbul olunub. Qanun layihəsinə əsasən, 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə” təsdiq edilir. Müqavilə iki ölkə arasında mülki və ticarət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə və digər səlahiyyətli orqanlar arasında əməkdaşlığın hüquqi əsaslarının müəyyənləşdirilməsini nəzərdə tutur.
İclasda Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsinə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.
Həmçinin layihəyə əsasən, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.
Qanun layihəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda da dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, Qanunun 13-2.3.5-13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Deputatlar Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri də ikinci oxunuşda qəbul ediblər. Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb. Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülə bilər.
Gömrük Məcəlləsinə də bir sıra dəyişikliklər təklif edilir. Layihəyə əsasən, Azərbaycan ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.
Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmaqa, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulub. Sənəd müzakirələrdən sonra ikinci oxunuşda qəbul olunub.
Milli Məclis “Toxumçuluq haqqında” qanun layihəsini də birinci oxunuşda qəbul edib. Müzakirələr zamanı qeyd edilib ki, ölkəmizdə dayanıqlı olmayan kənd təsərrüfatı üsullarının tətbiqi nəticəsində resurs ehtiyatlarının sıradan çıxması, habelə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri fonunda artan əhalinin ərzaqla təmin edilməsi mühüm vəzifə kimi qarşıda durur. Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının istehsalı xüsusi yer tutur ki, bunun üçün də fermerlərin keyfiyyətli toxumla təminatı həlledici əhəmiyyət daşıyır.
Layihədə nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyinin təmin edilməsi baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.
Qeyd edək ki, deputatlar iclasın gündəliyində olan digər qanun layihələrini qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

