Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şahmatçı Yudit Polqar Macarıstan Prezidenti vəzifəsinə namizəd ola bilər

Şahmatçı Yudit Polqar Macarıstan Prezidenti vəzifəsinə namizəd ola bilər

20.07.2026 [19:15]

Macarıstanın Baş naziri Peter Macyar ölkənin növbəti dövlət başçısı vəzifəsinə əfsanəvi şahmatçı Yudit Polqarı namizəd göstərmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, hökumət başçısı bu açıqlamanı elm, mədəniyyət və idman sahələrində bir qrup görkəmli xadimin Polqarın namizədliyini dəstəkləməsindən sonra verib. Macyar bildirib ki, Macarıstanın milli birliyinin rəmzi olan və bütün vətəndaşların hörmətini qazana bilən dövlət başçısına ehtiyacı var. O, ölkənin yeni Konstitusiyasının qüvvəyə minməsi ərəfəsində Polqarla görüşəcəyini və bu vəzifəni qəbul etmək imkanını müzakirə edəcəyini açıqlayıb.

Yudit Polqar tarixin ən görkəmli qadın şahmat ustalarından biri hesab olunur və uzun illərdir Macarıstanın idman uğurlarının rəmzi olub. Onun mümkün namizədliyi geniş ictimaiyyətdə artıq rezonans doğurub.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31