Milli mətbuatımızın şərəfli yolu – xalqımızın azadlıq və müstəqillik salnaməsi
20.07.2026 [22:51]
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. Bu əlamətdar yubiley təkcə jurnalistlərin peşə bayramı deyil, həm də xalqımızın milli oyanışının, maarifçilik ənənələrinin, azadlıq və müstəqillik uğrunda mübarizəsinin şərəfli tarixinin növbəti təntənəsidir. 22 İyul – Milli Mətbuat Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin söylədiyi "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik" fikri milli mətbuatımızın cəmiyyət həyatındakı əvəzsiz rolunu ən dolğun şəkildə ifadə edir.
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti xalqımızın milli oyanışına, maariflənməsinə və özünüdərk prosesinə güclü təkan verdi. "Əkinçi" yalnız bir qəzet deyil, milli düşüncənin formalaşdığı, xalqın gələcəyinə işıq salan bir məktəb idi. Sonrakı dövrlərdə "Ziya", "Kəşkül", "Şərqi-rus", "Molla Nəsrəddin", "Füyuzat" və digər mətbuat orqanları milli ideyaların yayılmasında, azərbaycançılıq məfkurəsinin inkişafında mühüm rol oynadılar.
Ulu Öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. 1998-ci ildə senzuranın ləğvi Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində tarixi addım idi. Bu qərar milli mətbuatın sərbəst inkişafı üçün yeni mərhələnin başlanğıcını qoydu və demokratik cəmiyyət quruculuğunun mühüm sütunlarından birinə çevrildi.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, milli media institutlarının inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və rəqəmsal medianın müasir çağırışlara uyğun fəaliyyət göstərməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan mediası artıq yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da milli maraqlarımızın müdafiəsində mühüm rol oynayır.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası böyük peşəkarlıq nümayiş etdirərək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın dezinformasiya kampaniyasının ifşa olunmasında mühüm xidmətlər göstərdi. Müharibədən sonrakı dövrdə isə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı və ölkəmizin inkişafı ilə bağlı həqiqətlərin operativ şəkildə ictimaiyyətə çatdırılması milli medianın məsuliyyətini daha da artırmışdır.
Bu gün Azərbaycan mətbuatı zəngin ənənələrə söykənərək müasir dövrün çağırışlarına uyğun inkişaf edir. Milli maraqların qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyətin obyektiv məlumatlandırılması və vətənpərvərlik ruhunun təbliği media nümayəndələrinin əsas vəzifələrindən biridir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və Azərbaycanın inkişafı naminə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıram. Əminəm ki, milli mətbuatımız bundan sonra da dövlətimizin və xalqımızın maraqlarına sədaqətlə xidmət edəcək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynamaqda davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

