Azərbaycan Milli Mətbuatının Tarixi və İnkişaf Yolu
22.07.2026 [11:34]
Hər bir xalqın milli kimliyinin formalaşmasında, tarixi yaddaşının qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında mətbuatın əvəzsiz rolu vardır. Azərbaycan milli mətbuatı da xalqımızın ictimai-siyasi fikir tarixinin, milli oyanışının, azadlıq arzularının və dövlətçilik ənənələrinin əsas dayaqlarından biri olmuşdur.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti təkcə milli mətbuatımızın deyil, həm də Azərbaycan xalqının milli şüurunun inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur. “Əkinçi” xalqı maarifləndirmək, cəhalətə qarşı mübarizə aparmaq, milli birlik hissini gücləndirmək kimi müqəddəs missiyanı öz üzərinə götürmüşdü. Sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Açıq söz” kimi qəzet və jurnallar milli düşüncənin inkişafına, azərbaycançılıq ideologiyasının formalaşmasına və istiqlal ideyalarının yayılmasına böyük töhfələr verdilər.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat milli dövlətçilik ideyalarının təbliğində mühüm rol oynadı. Lakin sovet hakimiyyəti illərində söz və mətbuat azadlığı ciddi məhdudiyyətlərlə üzləşdi. Buna baxmayaraq, milli ruhu yaşadan ziyalılar mətbuat vasitəsilə xalqın mənəvi dəyərlərini qorumağa çalışdılar.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu inkişafın əsas memarı Ümummilli Lider Heydər Əliyev oldu. Ulu Öndər mətbuatın demokratik cəmiyyətin ayrılmaz hissəsi olduğunu daim vurğulayır, jurnalistlərin cəmiyyətdəki rolunu yüksək qiymətləndirirdi. Onun rəhbərliyi ilə ölkədə söz və məlumat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirildi.
Heydər Əliyev mətbuatı xalqla dövlət arasında etibarlı körpü hesab edir, jurnalistlərin cəmiyyət qarşısında məsuliyyətini xüsusi qeyd edirdi. Onun təşəbbüsü ilə Azərbaycan mətbuatının hüquqi bazası möhkəmləndirildi, demokratik prinsiplərə uyğun qanunvericilik formalaşdırıldı. 1998-ci ildə senzuranın ləğv edilməsi isə Azərbaycanın demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsi oldu. Bu addım ölkədə azad mətbuatın inkişafına geniş imkanlar açdı, jurnalistikanın müstəqilliyini daha da gücləndirdi.
Ümummilli Liderin mətbuat siyasətinin əsas istiqamətlərindən biri jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların peşə fəaliyyətinə dövlət dəstəyinin artırılması idi. O, milli mətbuatın inkişafını Azərbaycan dövlətinin inkişafı ilə sıx bağlı hesab edir və bu sahənin gələcəyinə böyük inam bəsləyirdi.
Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması, müasir media mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Dövlət başçısının təşəbbüsü ilə media sahəsində geniş islahatlar aparılmış, informasiya məkanının müasir çağırışlara uyğun inkişafı təmin edilmişdir. Medianın peşəkarlığının artırılması, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi, rəqəmsal medianın inkişafı və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirdi. Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına və nüfuzlu media qurumlarına verdiyi çoxsaylı müsahibələr nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırıldı. Dövlət başçısının qətiyyətli və faktlara əsaslanan çıxışları Ermənistanın uzun illər apardığı dezinformasiya kampaniyasını iflasa uğratdı və informasiya müharibəsində ölkəmizə mühüm üstünlük qazandırdı.
Bu gün Azərbaycan mediası təkcə ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da fəal iştirak edir. Müasir texnologiyalar, rəqəmsal platformalar və sosial media vasitəsilə Azərbaycanın həqiqətləri dünya ictimaiyyətinə operativ şəkildə çatdırılır. Qarabağın bərpası, Böyük Qayıdış proqramı, iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və ölkəmizin qazandığı uğurlar milli mətbuatın əsas mövzularından birini təşkil edir.
Azərbaycan milli mətbuatı 150 illik şərəfli inkişaf yolu keçərək hər zaman xalqın maraqlarına xidmət etmiş, milli birliyin, dövlətçiliyin və vətənpərvərlik ideyalarının təbliğatçısı olmuşdur. Bu gün də media qarşısında duran əsas vəzifə obyektivliyi, peşəkarlığı və milli maraqları qorumaq, cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət etməkdir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi media siyasəti və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir Azərbaycan mediası dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və milli maraqlarımızın etibarlı müdafiəçisidir.
Milli mətbuatımızın keçdiyi şərəfli yol göstərir ki, azad söz, sağlam fikir və peşəkar jurnalistika güclü dövlətin əsas sütunlarından biridir. Azərbaycan mediası bundan sonra da milli maraqlara sadiq qalaraq dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətimizin inkişafına və həqiqətlərimizin dünyaya çatdırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.
Zaur Kərimov
YAP Şahbuz rayon təşkilatı Kükü kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

