Azərbaycanla Almaniya arasında əlaqələr yüksək səviyyədədir
23.07.2026 [15:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yüksək səviyyədə olmasından xəbər verməklə yanaşı yeni müstəviyə keçdiyini nümayiş etdirir. Avropanın aparıcı siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri olan Almaniya ilə diplomatik dialoqun daha da dərinləşdirilməsi və mövcud siyasi əlaqələrin inkişaf etdirilməsi həm Cənubi Qafqazda geostrateji sabitliyə, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Dünya ölkələri və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli münasibətlərin qurulmasında maraqlı olan ölkəmizin Almaniya ilə mövcud əlaqələri də bu baxımdan siyasi bir nümunədir.
Səfər çərçivəsində Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşlər keçirib. Hər iki görüş zamanı aparılan danışıqların mərkəzində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi ilə yanaşı, Cənubi Qafqazdakı real vəziyyət, sülh müqaviləsi üzrə danışıqlar və regionun nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi vacib mövzular yer alıb, bu istiqamətlərdə ətraflı fikir mübadiləsi aparılıb. Danışıqların bir neçə istiqamətdə davam etdirilməsi əlaqələrin bir xətt üzrə deyil, çoxsahəli əməkdaşlığa əsaslanmasının diqqətdə saxlanıldığını göstərir ki, bu da münaasibətlərin daha da dərinləşdirilməsinə xidmət etməsindən xəbər verir. Azərbaycan 30 ilə yaxın müddətdə işğala və vandalizmə məruz qalan bir ölkə olaraq öz gücü və qətiyyəti ilə bu işğala son qoyub, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, qalib gəlmiş dövlət kimi regionda uzunmüddətli sülhün və tərəqqinin tərəfdarı olduğunu dəfələrlə sübut edib. Xüsusi vurğulamaq lazımdır ki, Avropanın güc mərkəzlərindən biri olan Almaniya tərəfı də öz növbəsində Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasında və regional inteqrasiya layihələrində Azərbaycanın oynadığı aparıcı rolu yüksək qiymətləndirdiyini bəyan edib və bu faktın regional təhlükəsizliyə əhəmiyyətli töhfə olduğunu qeyd edib.
Səfərin ən çox diqqət çəkən istiqamətlərindən biri isə Avropanın enerji xəritəsində Azərbaycanın artan roludur. Azərbaycan təkcə Almaniyanın deyil, ümumilikdə Avropanın etibarlı neft və təbii qaz təchizatçılarından birinə çevrilib. Avropanın siyasi və iqtisadi gündəliyində ən önəmli məsələlərdən olan neft-qaz tədarükü və enerji təhlükəsizliyinin təmin edilməsi Azərbaycanla münasibətlərin dinamik inkişafında və ölkəmizə olan inam və etimadın dərinləşməsində mühüm rol oynayıb.
SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında imzalanmış uzunmüddətli müqavilənin imzalanması əsasında Azərbaycan təbii qazının Almaniya bazarına ixracı uğurla davam edir. Ənənəvi karbohidrogen resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində alman texnologiyalarının Azərbaycana cəlb edilməsi məsələləri də prioritet kimi müəyyən olunub. Prezident cənab İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və aparıcı alman şirkətlərinin nümayəndələri ilə görüşü iqtisadi əlaqələrin praktiki müstəvidə genişlənməsinə təkan verdi və qarşıdan duran hədəflərin həyata keçirilməsində, eləcə də real nəticələrin əldə edilməsində mühüm rol oyanayacaq.
Bir sözlə, Prezident cənab İlham Əliyevin Almaniyaya səfəri rəsmi Bakı və Berlin arasında qarşılıqlı etimada dayanan siyasətin təqdirəlayiq bariz nümunəsidir. Tərəflər arasında münasibətlərin tarixi keçmişi, mövcud vəziyyət və əldə olunan razılaşmalar təkcə iki ölkənin iqtisadi-siyasi maraqlarına xidmət etmir, həmçinin bütövlükdə Avrasiya məkanında siyasi, təhlükəsizlik, dayanıqlı enerji və iqtisadi inteqrasiya proseslərinə mühüm töhfə verir. Bu münasibələt gələcək üçün daha proqressiv görünür və münasibətlərin regional və geosiyasi bir sıra məsələlərdə əhəmiyyətli rol oynayacağına işarədir.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

