Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ
24.07.2026 [11:55]
Azərbaycan ikitərəfli əməkdaşlıqda Avropa ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Prezident İlham Əliyevin Almaniya Federetiv Respublikasına rəsmi səfəri bunun bariz nümunəsidir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Almaniyanın Kansleri Fridrix Mertsin imzaladığı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir. Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artıq ənənəvi təbii qaz ixracı hüdudlarını aşır. Ölkəmiz regional miqyasda yaşıl enerji layihələrinin mərkəzinə çevrilir. Almaniya texnoloji nəhənglərinin Xəzər dənizinin külək və Qarabağın günəş enerjisi potensialının reallaşdırılması layihələrinə cəlb edilməsi Berlinin xüsusi maraq dairəsindədir. Təbii qaz ixracının davam etdirilməsi ilə paralel olaraq, hidrogen və “yaşıl elektrik enerjisi” ixracı dəhlizlərinin qurulması Bakı və Berlinin iqlim hədəflərini birləşdirən əsas amildir. Bağlantılara gəldikdə Avrasiya daxili yükdaşımalarında Orta Dəhlizin əhəmiyyətinin kəskin artması fonunda, Azərbaycanın tranzit-logistika qovşağı kimi çəkisi sürətlə böyüyür. Almaniya öz tədarük zəncirinin təhlükəsizliyini təmin etmək üçün bu marşrutun rəqəmsallaşdırılması və infrastrukturunun genişləndirilməsində maraqlıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və dəmir yolu şəbəkələrinə alman logistika şirkətlərinin inteqrasiyası qaçılmaz perspektivdir. Azərbaycanın investisiya imkanları əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, habelə sənaye zonalarının qurulması alman şirkətləri üçün böyük investisiya bazarı deməkdir. Kansler Fridrix Mertsin vurğuladığı kimi, Azərbaycanın təqdim etdiyi böyük investisiya proqramları alman sənayesi üçün cəlbedici şərtlər təklif edir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlərdə siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, Azərbaycan-Ermənistan sülh prosesi və sair kimi məsələlər geniş müzakirə edildi. Almaniya Prezidenti Azərbaycanı və Almaniyanı dünyada və regionda baş verən proseslər fonunda sabitlik adaları kimi xarakterizə etdi. Dövlətimizin başçısı İlham Əliyevin Federal Kansler Fridrix Merts ilə mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəni, bu günü və gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. “Biz çox tarixi bir dövr yaşayırıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinə diqqəti yönəldən dövlətimizin başçısı onu da qeyd etdi ki, bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.
Ümumilikdə, səfər Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Dövlətimizin başçısı İlham Əliyevin Berlində ən yüksək səviyyədə qarşılanması, keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun, artan rolunun bir daha göstəricisi oldu.
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

