Müstəqil Azərbaycanın dil siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
29.07.2026 [11:23]
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Millətimiz, xalqımız tərəfindən sevə-sevə qeyd edilən bu tarixi gün, milli kimliyimizin əsası, xalqımızın ictimai-siyasi həyatı ilə yanaşı, bütün varlığının, yaşamının təcəssümü, milli dəyərlərimizə qayıdışın əvəzsiz imzasıdır. Bu imzanın müəllifi və bu tarixi günün xalqımıza bəxşedicisi isə azərbaycançılıq ideyasının yaradıcısı, milli-mənəvi dəyərlərin qoruyucusu Ulu Öndər Heydər Əliyevdir.
Sovet dövründə Azərbaycan dili bir çox maneələrlə üzləşdi. Həmin dövrdə imperiya dili, Azərbaycan dilinin yerini almağa çalışırdı və bu, xalqımızın mədəniyyətinə, kimliyinə, vətənə olan bağlılığını zəiflədir və təhdid edirdi. Lakin Ulu Öndər Heydər Əliyev, sovet dövrünün ən çətin şəraitində belə, Azərbaycan dilinin qorunması üçün mübarizəni davam etdirmiş və bu mübarizənin nəticəsində Azərbaycan dili öz dövlət dili statusunu bərpa edərək, milli varlığımızın ən vacib atributu kimi müstəqil Azərbaycanın qurulmasında əhəmiyyətli rol oynamışdır.
Ümummilli Lider Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Ulu Öndər Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi.
Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.
Bu tarixi proses Ümummili Lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Ulu Öndər Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə artıq Qanunların ən alilərindən biri olan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilir.
Bütün bunlar Azərbaycan dilinə dövlət qayğısının nəticəsi, Ulu Öndərin ana dilimizə hədsiz sevgisinin yüksək nümunəsi, xalq qarşısında misilsiz xidmətlərindən biri idi. Ulu Öndər Heydər Əliyevin dil siyasəti bu gün Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Doğma dilimizə, milli dəyərlərimizə hər zaman böyük həssaslıqla yanaşan, “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” fikirlərinin müəllifi prezident İlham Əliyev həyata keçirdiyi dövlət siyasətində ana dilimizin qorunması və dilçiliyimizin inkişafı üçün mühüm işlər görür. Ölkə başçısı hələ hakimiyyətinin ilk illərində kütləvi nəşrlərin latın qrafikasına keçidini təmin edən, şəxsi təşəbbüsü ilə Azərbaycan ədəbiyyatını, milli düşüncəni əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi ilə bağlı mühüm işlər həyata keçirmişdi. Onun 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də, əlifba ilə bağlı problemləri tamamilə aradan qaldırdı. Bəli, tarix boyu Azərbaycanın dahi oğulları Azərbaycan dilinin keşiyində, müdafiəsində mətanətlə dayandı, onun təəssübünü çəkdi, haqqını qorudu.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Avqust 08:52
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

