/ / Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir
03.08.2026 [18:04]
Xaləddin Tağıyev
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini
Azərbaycanın xarici siyasətində Türk dünyası ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Yeni dünya nizamının formalaşdığı şəraitdə Türk Dövlətləri Təşkilatı daxilində birliyin möhkəmləndirilməsi qarşılıqlı səfərlər, imzalanan sənədlər və müntəzəm Zirvə görüşləri ilə real məzmun qazanır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən qeyri-rəsmi Zirvə görüşləri də bu prosesə mühüm töhfə verir. Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu əlaqələr strateji tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarovla qarşılıqlı etimada əsaslanan münasibətləri əməkdaşlığa güclü dinamika qazandırıb. Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik modelidir. Prezident cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Prezident Sadır Japarovla təkbətək görüş, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası və mətbuata bəyanatlar münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi. Sadır Japarov siyasi dialoqun ən yüksək səviyyədə olduğunu, qarşılıqlı etimadın müttəfiqlik münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğuladı. Prezident İlham Əliyev isə müttəfiqliyin böyük məsuliyyət olduğunu bildirərək, beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində qarşılıqlı dəstəyin davam etdiriləcəyini qeyd etdi. Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitinin 200 milyon dollara çatdırılması barədə əldə olunan razılıq əhəmiyyətli fakt kimi qəbul olunur.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin oktyabrında Prezident cənab İlham Əliyev Qırğızıstana ilk dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edib. 2024-cü il aprelin 24-25-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərdi. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv məsələlər-müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentləri Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Daha sonra Füzuli və Ağdam rayonlarına gəlib, Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
Azərbaycan və Qırğızıstan arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib. Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib. Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Son illərdə təşkilatın institusional inkişafı, iqtisadi inteqrasiyanın genişləndirilməsi, nəqliyyat bağlantılarının möhkəmləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslər Bakı ilə Bişkekin mövqelərinin üst-üstə düşdüyünü göstərir. Bu baxımdan Dövlətlərarası Şuranın növbəti iclası yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsinə də töhfə verəcək. İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin çıxışlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir. İkitərəfli Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.
Beləliklə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Dövlətlərarası Şuranın 3-cü iclası yalnız mövcud əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsi ilə məhdudlaşmır. Qəbul edilən qərarlar Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi müttəfiqlik, iqtisadi inteqrasiya, investisiya tərəfdaşlığı və humanitar əməkdaşlıq istiqamətlərində daha da dərinləşdirilməsi üçün yeni strateji çərçivə formalaşdırır. Bu isə iki qardaş ölkənin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı, Türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsi və regionda dayanıqlı inkişafın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

