Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BDYPİ: “Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəbətrafı ərazilərdə hərəkətin təşkilinə nəzarət gücləndirilib

BDYPİ: “Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəbətrafı ərazilərdə hərəkətin təşkilinə nəzarət gücləndirilib

11.09.2026 [12:30]

Yeni tədris ilinin başlanması ərəfəsində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İdarəsi regionlarda fəaliyyətini gücləndirib.

BDYPİ-dən AZƏRTAC-a verilən məlumata görə, əsasən avtomagistralların kənarında yerləşən təhsil müəssisələrinin ətrafında, həmçinin məktəblilərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə texniki nizamlama vasitələrinin sazlığının nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

İdarənin regional qurumları tərəfindən Qazax, Lənkəran, Şəki, Zaqatala, Gəncə, Mingəçevir, Ağdaş, Tovuz, Qusar, Quba, Biləsuvar və bir sıra digər şəhər və rayonlarda artıq müvafiq manitorinqlər aparılıb, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi nəzarətdə saxlanılmaqla, qurğulara texniki qulluq göstərilməsi, sıradan çıxan hissələrin yenisi ilə əvəz olunması işi davam etdirilir.

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30