Fransada universitet ödənişləri beşqat arta bilər: tələbələr və ekspertlər üz-üzə
15.09.2026 [13:59]
Fransada ali təhsilin xroniki maliyyələşdirilməməsi fonunda universitetlərdə təhsil haqlarının artırılması təklifi yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, ödənişlərin yüksəldilməsi universitetlərin büdcəsini gücləndirə bilər. Tələbə həmkarlar ittifaqları isə bunun tələbələrin sosial vəziyyətini daha da pisləşdirəcəyini bildirirlər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Fransanın müxtəlif şəhərlərində universitetlərə, elmi araşdırmalara və tələbələrə daha çox maliyyə ayrılması tələbi ilə tətillər və nümayişlər keçirilir. Tələbələr və müəllim-tədqiqatçılar ali təhsilin uzun müddətdir kifayət qədər maliyyələşdirilməməsinə etiraz edirlər.
Universitetlərin maliyyələşdirilməsi üzrə keçirilən müzakirələrdə təhsil haqlarının artırılması variantı da irəli sürülüb. Təklifə əsasən, bakalavriat səviyyəsində illik ödəniş 178 avrodan 900 avroya, magistratura üzrə isə 254 avrodan 1300 avroya qaldırıla bilər.
Universitetlərin maliyyələşdirilməsi üzrə Assambleyanın yekun hesabatını hazırlayan Jerom Furnel bu təklifin mövcud modeli dəyişdirmədiyini, sadəcə məsələnin müzakirəyə açılmasını nəzərdə tutduğunu bildirib.
Furnelin fikrincə, təhsil haqlarının artırılması təqaüd alan tələbələr üçün güzəştlərlə və dövlət tərəfindən zəmanət verilən kredit sistemi ilə müşayiət olunmalıdır. O hesab edir ki, bu şərtlərlə sistem indiki vəziyyətdən daha ədalətli ola bilər.
Hesabata əsasən, universitetlərin ümumi gəlirlərində təhsil haqlarının payının 2025-ci ildəki 3 faizdən 10 faizə çatdırılması üçün “mülayim artım” universitetlərin maliyyə dayanıqlığına əhəmiyyətli töhfə verə bilər.
Bu yanaşma Fransa Senatının son araşdırma komissiyasının təkliflərində də öz əksini tapıb. Senator Lorans Qarnye hesab edir ki, məqsəd Fransa universitetlərinin yenidən yüksək səviyyəyə çatmasına imkan yaratmaqdır. O bildirib ki, hazırda universitetlər tələbələrin 54 faizini qəbul edir, halbuki səkkiz il əvvəl bu göstərici 60 faiz olub.
Tələbə təşkilatları üçün isə təhsil haqlarının artırılması “qırmızı xətt” olaraq qalır. Onların fikrincə, artıq ciddi sosial və maliyyə çətinlikləri ilə üzləşən tələbələr üçün əlavə ödənişlərin tətbiqi vəziyyəti daha da ağırlaşdıra bilər. Tələbə Birliyinin sözçüsü Sabrina Xarbaşin qeyd edib ki, hər iki tələbədən biri gündə üç dəfə yemək yeməkdə çətinlik çəkir, hər üç tələbədən biri isə kirayə haqqını ödəyə bilmir.
Tələbə həmkarlar ittifaqları, xüsusilə Avropa İttifaqına daxil olmayan ölkələrin tələbələri üçün yüksək təhsil haqlarının tətbiqinə qarşı çıxırlar. Beləliklə, Fransada universitetlərin maliyyələşdirilməsi məsələsi ali təhsilin keyfiyyəti ilə tələbələrin sosial vəziyyəti arasında həssas tarazlıq problemini yenidən gündəmə gətirib. Ekspertlər əlavə maliyyə mənbələri axtarışını zəruri hesab etdiyi halda, tələbə təşkilatları yükün gənclərin üzərinə qoyulmasına qarşı çıxırlar.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50

