Türk dünyası ailə modelindən beynəlxalq gücə - Bakıdan mühüm mesajlar
22.09.2026 [10:50]
17 sentyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının təhlükəsizlik şuralarının rəhbərlərini qəbul edib. Görüş TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci iclası çərçivəsində baş tutub. Dövlət başçısı çıxışının əvvəlində qeyd edib ki, cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul edib, bu gün isə təhlükəsizlik şuralarının katibləri Bakıda toplaşıb. Bu, təşkilat çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Prezident vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlığı əhatə edir. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra ötən iyirmi illik fəaliyyətdə TDT mühüm məsələlərin həlli və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir.
Prezident İlham Əliyev bildirib ki, TDT ölkələri çox geniş coğrafi məkanda yerləşir və ərazilərindən təkcə üzv ölkələr üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil. Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın coğrafi mövqeyi bütün Türk dövlətləri üçün maksimum fayda ilə layihələrin həyata keçirilməsini şərtləndirir.
İkitərəfli əməkdaşlığa toxunan Prezident qeyd edib ki, Azərbaycan TDT-yə üzv ölkələrlə fəal əməkdaşlıq edir. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Bu, ikitərəfli münasibətlərin ən yüksək səviyyəsidir. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Prezident bir daha vurğulayıb ki, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, bizim əsas xarici siyasət prioritetimizdir. Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Dövlət başçısı TDT-nin digər üstünlüklərini də sadalayıb. Təşkilat ümumi etnik köklərə malik ölkələri birləşdirir ki, dünyada belə təşkilatlar çox deyil. Bu mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı təşkilatı möhkəmləndirir. Digər mühüm amil sabitlikdir. Xaotik dünyada TDT ölkələrinin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Sabitlik olmadan heç bir ölkənin inkişafı, investisiya və texnologiya axını mümkün deyil. Bununla yanaşı, ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir, sənaye istehsalı artır və maliyyə sistemləri sabitdir. Prezident həmçinin milli prinsiplərə sadiqliyi və müsbət demoqrafik vəziyyəti üstünlük kimi qeyd edib. Bir çox ölkələrdə əhali azalarkən, bizim ölkələrimizdə əhalinin artması müşahidə olunur.
Təhlükəsizlik məsələsinə gəlincə, Prezident bildirib ki, geniş coğrafiyada ictimai asayiş və terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır, lakin arxayınlaşmaq olmaz. Ətrafımızda müharibələr gedir və coğrafiyası genişlənir. Azərbaycanın həm şimalda, həm də cənubda qonşuları müharibə aparan ölkələrdir. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, birgə fəaliyyət və mümkün təhdidlərin qarşısının alınmasında koordinasiyanın gücləndirilməsi həyati əhəmiyyət daşıyır.
Prezident bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşıdığını vurğulayıb. Ölkələrimizin hüdudlarından uzaqda yerləşən, lakin məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin aşılanmasına yönəlmiş təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. Azərbaycanda bu sahədə böyük uğurlar əldə olunub, xain, antimilli, satqın strukturlar marjinal xarakter daşıyır və xalqın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Bədxahların əsas səyləri isə hələ formalaşmamış və manipulyasiya edilməsi daha asan olan gənc nəslə yönəlib. Ona görə də TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə, müntəzəm forum və konfransların keçirilməsinə daha çox diqqət yetirilməlidir.
Sonda Prezident qeyd edib ki, qədim tarixi nəzərə almasaq, TDT-yə üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 ildir. 1991-ci ildə müstəqilliyini bərpa etmiş ölkələr mürəkkəb, lakin şərəfli yol keçib və problemlərin böyük hissəsini arxada qoyub. Qarşıda birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25

