4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür
05.10.2026 [16:12]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi düşmən işğalından azad olundu. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı.
Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başlamışdı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.
Əlbəttə, bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı qarşısında dediyi bu sözləri 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla əbədiləşdirdi.
Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.Qeyd edək ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.
4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq dörd ildir ki, cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.
Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
2020-ci ilin 4 oktyabrından başlayaraq Dövlətimizin başçısı dəfələrlə rayona səfər edərək, görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona səfərləri zamanı Cəbrayıl şəhərində və qədim Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb.
Elə bunun nəticəsidir ki, sabah Cəbrayıl şəhərində Respublikamızın müxtəlf bölgələrindən köçürülərək daimi məskunlaşmaları təmin edilmiş 117 ailə 364 şəhər sakini Cəbrayıl şəhəri gününü öz döğma ata-baba yurdlarının əbədi sakinləri kimi qeyd edəcəklər. Əlbəttə ki, ərazisində park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da olan, bütün avadanlıqları ilə tam təmin olunmuş dördmərtəbəli və beşmərtəbəli binaların mənzillərində yaşayan Cəbrayıllıların sevincinin həddi-hüdudu yoxdur.
30 il yurd həsrətində olan şəhər sakinləri Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən torpağını öz canları, qanları bahasına bütövləşdirən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir , ölümləri ilə xalqa yeni nəfəs verən şəhidlərimizə rəhmət, sağlamlığını itirmiş qazilərimizə can sağlığı diləyirlər. Dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss edən cəbrayıllılar inanırlar ki, tezliklə doğma yurdları Azərbaycanımızın çiçəklənən diyarına çevriləcək. Qayıdışınız mübarək əziz cəbrayıllılar!
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

