Xalqın birliyi, dövlətin gücü və Zəfərə aparan yol
05.10.2026 [16:20]
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi tarixi yolun, milli həmrəyliyin və dövlətçilik iradəsinin parlaq ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu çıxış təkcə siyasi partiyanın qurultayında səsləndirilmiş fikirlər toplusu deyil, həm də Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərin, xalq-iqtidar birliyinin və qarşıya qoyulan mühüm hədəflərin aydın ifadəsidir.
Azərbaycan xalqı uzun illər ərzində öz doğma torpaqlarının işğaldan azad olunacağına, ərazi bütövlüyünün bərpa ediləcəyinə və tarixi ədalətin öz yerini tapacağına inanıb. Bu inam heç zaman sarsılmayıb. Xalqımızın milli iradəsi, dövlətçilik düşüncəsi və Vətənə bağlılığı bütün çətinliklərə baxmayaraq daim yaşadılıb. Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi.
Bu gün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq Böyük Qələbə məhz xalqın və dövlətin birliyinin, güclü siyasi iradənin və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi və illərdir davam edən işğala son qoydu. Bu Qələbə Azərbaycanın yalnız hərbi gücünü deyil, siyasi iradəsini və milli həmrəyliyini də nümayiş etdirdi.
Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında diqqət çəkən əsas məqamlardan biri də Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı roludur. Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik prinsiplərinə, milli maraqlara və xalqın rifahına xidmət edən siyasi xəttin əsas dayaqlarından biri olmuşdur. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın müasir inkişaf mərhələləri ilə sıx bağlıdır. Bu baxımdan YAP-ın fəaliyyəti yalnız siyasi təşkilat çərçivəsində deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinin dövlətçilik ideyaları ətrafında birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın əldə etdiyi uğurların arxasında sabitlik, davamlı inkişaf və düşünülmüş siyasi kurs dayanır. Ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi potensialının güclənməsi, ordunun ən müasir standartlara uyğun qurulması və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması bu siyasətin nəticələridir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın yalnız müharibədə qalib gələn deyil, həm də sülh və quruculuq missiyasını uğurla həyata keçirən dövlət olduğunu göstərir.
Xalqın dövlətə və dövlət rəhbərinə olan inamı Azərbaycanın ən böyük siyasi sərvətlərindən biridir. Bu inam təsadüfi deyil. Çünki xalq dövlət siyasətinin nəticələrini gündəlik həyatında, ölkənin inkişafında, təhlükəsizliyin və sabitliyin qorunmasında görür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədlərindən biri Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, xalqın rifahını yüksəltmək və ölkəmizin beynəlxalq mövqelərini gücləndirməkdir.
VIII Qurultay həmçinin Yeni Azərbaycan Partiyasının qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoydu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin tarixində yeni mərhələnin başlanmasını şərtləndirdi. Artıq qarşımızda yalnız keçmişin problemlərinin həlli deyil, gələcəyin daha güclü Azərbaycanının qurulması kimi böyük və məsuliyyətli vəzifələr dayanır. Bu mərhələdə siyasi həmrəylik, milli birlik, gənclərin fəallığı və dövlətçilik dəyərlərinə bağlılıq xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan gəncləri də bu prosesdə mühüm rol oynayır. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, savadlı, vətənpərvər və dövlətçilik düşüncəsinə malik olması ölkəmizin gələcəyi üçün əsas təminatlardan biridir. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı fəaliyyəti onların ictimai-siyasi proseslərdə iştirakına, təşəbbüskarlığının və liderlik keyfiyyətlərinin inkişafına geniş imkanlar yaradır. Gənclərin dövlət idarəçiliyində, ictimai həyatda və müxtəlif sahələrdə fəal iştirakı Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcəkdir.
Bu gün Azərbaycan yeni reallıqlar şəraitində öz inkişaf yolunu inamla davam etdirir. Qarşıya qoyulan hər bir məqsədin təməlində milli birlik və dövlətçilik dayanır. Xalqın öz liderinə inamı, dövlətin öz vətəndaşına qayğısı və cəmiyyətin ümumi milli məqsədlər ətrafında birləşməsi ölkəmizin gələcək uğurlarının əsas təminatıdır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çıxışda Azərbaycanın keçdiyi şərəfli yolun nəticələri, əldə olunan tarixi Qələbənin əhəmiyyəti və qarşıda duran vəzifələr öz əksini tapmışdır. Bu fikirlər hər bir Azərbaycan vətəndaşında dövlətimizin gələcəyinə inamı daha da gücləndirir.
Azərbaycan xalqı öz tarixinin ən çətin sınaqlarından birlik və həmrəylik nümayiş etdirərək çıxıb. Bu birlik bizim ən böyük gücümüzdür. Dövlətimizin qüdrəti, xalqımızın iradəsi və milli həmrəyliyimiz bundan sonra da Azərbaycanın inkişafının əsas dayaqları olacaqdır. Qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün hər bir vətəndaş öz fəaliyyəti ilə dövlətimizin inkişafına töhfə verməli, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməlidir.
Bu gün qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürur və eyni zamanda böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın gələcəyə inamla addımlamasını təmin edir. Xalqımızın birliyi, dövlətimizin gücü və milli iradəmiz qarşıya qoyulan bütün məqsədlərə çatacağımıza əminlik yaradır.
YAP Ordubad rayon təşkilatının məsləhətçisi
Səbinə Əliyeva
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53

