Heydər Əliyev
yeni azerbaycan logo

Alaqvuran

10.10.2026 [08:51]

Lazer işığı ilə faydalı məhsulu müəyyənləşdirib alaq otlarını məhv edir. Mədəniyyətin də gələcəyi belə ola bilər.

Çin böyük təsərrüfat sahələrində Süni İntellekt (Sİ) vasitəsilə idarə edilən alaqvuran texnika icad edib. Bu texnikanın üzərində yerləşdirilən hər bir kamera Sİ vasitəsilə lazer şüalarını idarə edir. Həmin lazer şüaları da alaq otlarını məhv etməklə məşğul olur, amma Sİ bundan əvvəl otu cəngəldən ayırır. Bircə ədəd də olsun faydalı məhsul - yəni torpağa əkdiyimiz toxumdan əmələ gələn bitki zədələnə bilməz. Bir sözlə, pisi yaxşıdan, məsələn, pambığı alaqdan ayırıb bol məhsula zəmanət verir. 

Və bu texnikanın da ən çox satıldığı ölkə Avstraliyadır. O yer ki, burada ayrıca, iri bir Darvin şəhəri, bu şəhərin də eyniadlı böyük bir bölgəsi var.  Çarlz Darvinin Avstraliyada keçirdiyi təcrübələr göstərdi ki, okeanlarla bir-birindən ayrılmış coğrafi bölgələrin flora və faunası tamamilə fərqli təkamül prosesi keçsələr də, bənzər ətraf mühit şərtlərində bənzər uyğunlaşma nümayiş etdirir. O da məlumdur ki, indi Avstraliyada Darvinin adını daşıyan eyniadlı şəhər bir vaxtlar “qızıl hərisliyi” məkanı kimi ad çıxarıb, bir çox müharibə və qan-qada məkanı olub. Ölümündən uzun illər sonra, buraya mədəniyyət gətirmək üçün onun adından istifadə edərək keçmişi unutdurmağa çalışıblar...

Darvin insan əlinin toxunduğu və dəyişməyə cəhd etdiyi vəhşi təbiətin gələcəyindən narahat idi. O, hesab edirdi ki, insanın təbiətə hədsiz müdaxiləsi böyük fəsadlar yaradacaq...

Lakin elə Darvinin də qoyub getdiyi irsin sayəsində, sonrakı dövr araşdırmalarında dəqiq məlum oldu ki, türkəçarə nənələrimiz düz deyirmiş, “alaq otları” dediyimiz əksər bitkilər özündə milyonlarla faydalı tərkib, həşərat və sair bu kimi elementlər qoruyub-saxlaya bilir. Yəni, faydasız heç nə yoxdur...

Son vaxtlar dünyada subkultura dedyimiz nəsnənin də tamamən ənənəvi mədəniyyəti alaq otu kimi təmizləyəcəyi (və ya əksinə), böyük yaddaş bilgisayarlarında isə, ümumən, onun yerinin necə müəyyənləşdiriləcəyi məsələləri ciddi şəkildə müzakirə edilməkdədir. Özünə mədəniyyət deyən tərəf “çayır otların”ın insan həyatındakı “faciə”lərindən danışır, “çayır otu” isə öz işindədir. Kim kimi məhv edəcək? Yoxsa, burada da Si ilə idarə edilən lazer şüaları lazım olacaq? Məsələn, Şüa deyəcəkmi ki, bu Üzeyir o Üzeyirdən min dəfə yaxşıdır?

Birdən, mədəniyyətin də kim, harada və necə olub-olmadığını Sİ seleksiya etməli olsa, nə baş verəcək?

Məqsəd Nur

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31