Qarşılıqlı etimad və beynəlxalq əməkdaşlığa mühüm töhfə
19.10.2026 [12:16]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin mühüm göstəricisi oldu. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini, beynəlxalq hüquqa münasibətini və regional təhlükəsizliyin təmin olunmasına dair mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və regional bağlantıların genişləndirilməsinə verdiyi əhəmiyyəti vurğuladı. Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycan bu gün mühüm nəqliyyat-logistika mərkəzi, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş və beynəlxalq dialoqun fəal iştirakçısı kimi çıxış edir.AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına, ortaq problemlərin birgə həllinə əlverişli şərait yaradır. Azərbaycanın təşkilata sədrliyinin 2028-ci ilədək uzadılması da ölkəmizin bu platformadakı fəaliyyətinə göstərilən dəstəyin mühüm ifadəsidir. Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələləri xüsusi yer tutdu. Dövlət başçısı beynəlxalq təşkilatların qərarlarının icrasının vacibliyini vurğulayaraq, beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyinə diqqət çəkdi. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası ölkəmizin müasir tarixində mühüm mərhələlərdir. Bununla yanaşı, Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş siyasəti xüsusi əhəmiyyət daşıyır. Ermənistanla münasibətlərin normallaşdırılması və sülhün möhkəmləndirilməsi regionun gələcək inkişafı üçün mühüm şərtdir. Dövlət başçısının mövqeyi bir daha göstərir ki, Azərbaycan milli maraqlarını və suverenliyini qətiyyətlə qorumaqla yanaşı, qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın təşkilata sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən olub. Bu təşəbbüslər AQEM-in fəaliyyətinin daha da gücləndirilməsinə və üzv dövlətlər arasında praktiki əməkdaşlığın inkişafına xidmət edir. Bakıda keçirilən Zirvə Görüşü müxtəlif dövlətlərin ortaq maraqlar ətrafında birləşməsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli platforma oldu.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müstəqil xarici siyasətini, beynəlxalq hüquqa əsaslanan mövqeyini və sülhə, təhlükəsizliyə, əməkdaşlığa verdiyi önəmi əks etdirdi.
Bakı Zirvəsi bir daha təsdiqlədi ki, Azərbaycan yalnız regional proseslərin fəal iştirakçısı deyil, həm də beynəlxalq dialoqun inkişafına və dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verən mühüm tərəfdaşdır. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət onun beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Mədəniyyət
18 Oktyabr 08:13
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25

