Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bakıdan dünyaya əməkdaşlıq mesajı

Bakıdan dünyaya əməkdaşlıq mesajı

19.10.2026 [12:49]


Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini, regional təhlükəsizliyin möhkəmləndirilməsinə yanaşmasını və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi.

Dövlət başçısı çıxışında Azərbaycanın AQEM-ə sədrliyinə göstərilən dəstəyə görə üzv dövlətlərə təşəkkürünü bildirdi, ölkəmizin Asiya ilə Avropanın qovşağında yerləşməsinin yaratdığı imkanları diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə müxtəlif dövlətlərlə əməkdaşlıq edərək Avrasiya məkanında birləşdirici mərkəz kimi rolunu gücləndirir. Azərbaycanın müstəqil xarici siyasətinin əsasını isə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqluluq və daxili işlərə qarışmamaq prinsipləri təşkil edir.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyini xüsusi vurğuladı. Dövlət başçısı Azərbaycanın uzun illər üzləşdiyi işğal və münaqişə təcrübəsinə toxunaraq beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqinin vacibliyini diqqətə çatdırdı. Ölkə başçısının fikrincə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası üçün təsirli mexanizmlərin yaradılması münaqişələrin qarşısının alınması və davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eyni zamanda, regionda sülhün təmin olunması istiqamətində atdığı addımları da ön plana çəkdi. Prezident İlham Əliyev bildirdi ki, müharibədən sonra Azərbaycannın sülh təklif etməsi xalqımızın humanist dəyərlərə və sülhə sadiqliyinin göstəricisidir. Bununla yanaşı, əldə edilmiş sülhün hələ də kövrək olduğu vurğulanaraq onun qorunmasının və möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.

Dövlət başçısının çıxışında AQEM-in institusional inkişafı və təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Azərbaycanın sədrliyi dövründə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviq edildiyi bildirildi. Həyata keçirilən təşəbbüslər nəticəsində təşkilatın institusional və hüquqi imkanlarının gücləndiyi, dialoq və qarşılıqlı fəaliyyət üçün daha əlverişli zəmin yarandığı diqqətə çatdırıldı.

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı beynəlxalq hüquqa hörmət, dövlətlər arasında etimadın möhkəmləndirilməsi, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın inkişafı kimi prioritetləri ön plana çıxardı. Bakıda keçirilən Zirvə Görüşü Azərbaycanın beynəlxalq dialoqun təşviqində, Asiya ilə Avropa arasında əlaqələrin gücləndirilməsində və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyir.

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31