2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb
20.10.2026 [11:15]
Maliyyə Nazirliyi (MN) 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədini ictimaiyyətə açıqlayıb. Sənəd dövlət başçısının 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanıb. OMXÇ özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, fiskal risklərin təhlili və mitiqasiya tədbirlərini, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, həmçinin icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozlarını əhatə edir. Eyni zamanda, sənəddə proqram və nəticə əsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlarda büdcədən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.
Ortamüddətli Xərclər Çərçivəsindən aydın olur ki, beynəlxalq təşkilatların Azərbaycan üzrə ortamüddətli artım proqnozları nikbin ssenarilərə əsaslanır. Belə ki, proqnozlara görə, ümumi xüsusiyyəti iqtisadi artımın neft-qaz sektorundan tədricən qeyri-neft sektoruna keçməsi fonunda əvvəlki dövrlərlə müqayisədə daha mülayim templərdə formalaşacağı gözlənilir. Xüsusilə, xam neft hasilatının struktur xarakterli azalması beynəlxalq təşkilatlar tərəfindən də ümumi iqtisadi artımı məhdudlaşdıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar
İqtisadiyyat Nazirliyi tərəfindən cari ildə təqdim olunan son proqnozlara əsasən, 2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 109,1 milyard manat təşkil edəcəyi gözlənilir. 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-nin həcminin 138,6 milyard manata qədər artacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-nin isə 4,4 faiz olacağı fərz edilir. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 82 faizə çatacağı proqnozlaşdırılır.
Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-ci il üçün 65 dollar və 2028-2030-cu illər üçün də eyni qalacağı fərz edilir. Bununla yanaşı, 2029-cu ildən etibarən “Abşeron” yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.
2027-ci ildə əsas kapitala olan investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2027-2028-ci illərdə artım ehtimal edilir. Əsas kapitala investisiyalar üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınıb.
İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3 faiz olacağı gözlənilir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 137 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.
Təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri
2027-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qoruyacaq. Bununla yanaşı, rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlər, su təchizatı və nəqliyyat infrastrukturunun inkişafı, sosial, ərzaq təminatı və digər sahələr üzrə qəbul edilmiş strategiya, dövlət proqramları və qərarlar fiskal siyasətin formalaşmasına təsir edən əsas amillər sırasında yer alır.
Ortamüddətli dövr üzrə gəlir siyasəti ölkənin iqtisadi inkişafını təmin etmək, iqtisadi şaxələndirməni genişləndirmək və investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu çərçivədə vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır.
2030-ci ildə büdcənin gəlirləri 40,6 milyard manatı ötəcək
2027-ci il dövlət büdcəsinin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 649,8 milyon manat və yaxud 5,9 faiz çox olmaqla gözlənilir. Sonrakı üç il üçün son makroiqtisadi proqnozlara əsasən, 2028-ci ildə büdcə gəlirləri 39,5 milyard manat, 2029-cu ildə 39,9 milyard manat, 2030-cu ildə isə 40,6 milyard manat təşkil edəcək. Qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuzunun artması nəticəsində büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz sektorunun payı artacaq. Belə ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 9,3 faiz artaraq 69,8 faiz, mütləq ifadədə isə 19,2 faiz artaraq 28,3 milyard manat təşkil edəcək.
Azad ərazilərin bərpasına 2027-2030-cu illərdə 13,2 milyard manat vəsait xərclənəcək
2027-ci il üzrə dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2,5 milyard manat və yaxud 6,1 faiz artaraq 44 milyard 236,5 milyon manata çatacaq.
2027-2030-cu illərdə dövlət büdcəsinin əsaslı xərcləri çərçivəsində bir sıra strateji əhəmiyyətli tədbirlərin, o cümlədən, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” sənədinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi nəzərdə tutulur. Həmçinin, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi tədbirləri təşkil edəcək. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin 2027-2030-cu illərdə 13,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

