Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Asiya / İndoneziyada qızıl mədənində torpaq sürüşməsi baş verib, ölənlər var

İndoneziyada qızıl mədənində torpaq sürüşməsi baş verib, ölənlər var

09.07.2024 [12:17]

İndoneziyanın Qorontalo əyalətində yerləşən qızıl mədənində torpaq sürüşməsi nəticəsində azı 17 nəfər həlak olub. Hazırda xilasedicilər torpaq altında qalan insanların axtarışını davam etdirir.

AZƏRTAC Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, yerli fövqəladə hallar xidməti hadisə nəticəsində 45 nəfərin torpaq altında qaldığını güman edir. Eyni zamanda, xilasedicilər 50-dən çox insanı xilas etməyə nail olublar.

Ötən həftənin sonlarında güclü yağışlar Sulavesi adasındakı mədəndə də torpaq sürüşməsinə səbəb olmuşdu.

Qeyd edək ki, İndoneziyada qeyri-qanuni qızıl hasilatı geniş yayılıb. Burada yoxsul insanlar qiymətli metalı çıxarmaq üçün böyük təhlükələrlə üzləşirlər. Mədənlərdə təhlükəsizlik standartlarının olmaması səbəbindən mütəmadi olaraq ölümlə nəticələnən qəzalar baş verir.

Paylaş:
Baxılıb: 998 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30