/ / Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakının rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi aparıblar
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakının rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi aparıblar
02.08.2013 [09:57]
Avqustun 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakı rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi aparıblar.
AzərTAc xəbər verir ki, kurs iştirakçılarının bir qrupu 26 saylı Sabunçu birinci seçki dairəsinin dairə seçki komissiyasında olub. Kurs iştirakçılarını salamlayan dairə seçki komissiyasının sədri Hacı Əliyev onlara təmsil etdiyi seçki komissiyası haqqında ətraflı məlumat verib. Bildirib ki, əhalisi 231 min nəfər olan Sabunçu rayonunda 3 seçki dairəsinin əhatə etdiyi ərazidə 93 seçki məntəqəsi var. Hazırda bu dairə üzrə 141 min 95 seçici qeydiyyata alınıb. Dairə seçki komissiyasında və məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri aparılır. Seçkilər tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.
MSK-nın üzvü Şaitdin Əliyev seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq keçirilən kurslar bu sahədə görülən genişmiqyaslı işlərin tərkib hissəsidir.
Prezident seçkilərinin hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayan MSK katibliyinin hüquq şöbəsinin müdiri İradə Hacıyeva deyib ki, seçkilərin demokratik, azad keçirilməsi ölkəmizdə normal seçki şəraitinin yaradılmasından asılıdır. Seçkilərin azad və şəffaf keçirilməsi həmin cəmiyyətdə yüksək demokratik mühitin formalaşmasından xəbər verir.
Kurs iştirakçılarının bir qrupu isə 25 saylı Nizami ikinci seçki dairəsinin dairə seçki komissiyasında olub.
MSK-nın üzvü Etibar Quliyev çıxış edərək dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş kursların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, kurslar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilib.
Dairə seçki komissiyasının sədri Heydər Vəliyev kurs iştirakçılarına təmsil etdiyi komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, bu dairə üzrə 32 seçki məntəqəsi fəaliyyət göstərir və 42 min 528 seçici siyahıya alınıb. Artıq 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairə üzrə yaradılan qaynar xətt vasitəsilə hər bir vətəndaş adının seçici siyahısında olduğunu dəqiqləşdirə bilər.
H.Vəliyev vurğulayıb ki, dairə seçki komissiyası və məntəqələr prezident seçkilərinə tam hazırdır və builki seçkilər də tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.
Təcrübə mübadiləsinin iştirakçılarının bir qrupu 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin dairə seçki komissiyasında olub.
Dairə seçki komissiyasının sədri Qəşəm Əhədzadə təmsil etdiyi dairə haqqında ətraflı məlumat verib. Bildirib ki, 40 min 127 seçicisi olan dairənin ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Dairə seçki komissiyası və məntəqə seçki komissiyalarında növbəti prezident seçkilərinə hazırlıqla əlaqədar müəyyən texniki işlər görülür.
Digər çıxış edənlər də respublikamızda həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitliyin bərqərar olduğunu, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradıldığını diqqətə çatdırıblar. Qeyd edilib ki, dövlətimizin başçısının siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki təcrübəsi ildən-ilə mükəmməlləşdirilir.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçılarının bir qrupu 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasında olub.
Əvvəlcə tədbir iştirakçıları “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
Dairə seçki komissiyasının sədri İlham Bayramov kurs iştirakçılarına təmsil etdiyi komissiyanın fəaliyyəti barədə məlumat verib. O, seçici hüququ üzrə ixtisaslaşmış kursların və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb, belə kursların ənənəvi olaraq keçirilməsinin vacibliyini vurğulayıb. Seçki dairəsində 27 seçki məntəqəsi var. Seçici siyahıları mütəmadi olaraq dəqiqləşdirilir və hazırda bu dairə üzrə 38 min seçici qeydiyyata alınıb. MSK dairə seçki komissiyasına müntəzəm olaraq hüquqi, texniki, metodiki və təşkilati kömək göstərir.
Diqqətə çatdırılıb ki, dairə üzrə yaradılan “Qaynar xətt” vasitəsilə hər bir vətəndaş adının seçici siyahısında olduğunu dəqiqləşdirə bilər.
Bakının rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi aparan kurs iştirakçıları müvafiq dairə seçki komissiyalarının inzibati binaları, oradakı iş şəraiti ilə tanış olub, rəy və təkliflərini bildiriblər. Təmsil etdikləri dairə seçki komissiyalarının fəaliyyətlərindən danışan sədrlər qarşılıqlı fikir mübadiləsi aparıb və təcrübələrini bölüşüblər.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

