Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

04.09.2026 [09:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Ciorcia Meloniyə səmimi təbriklərimi çatdırıram.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.

Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - təbrikdə deyilir.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30