AzərTAc təqdim edir: “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi”
17.01.2015 [11:07]
Azərbaycan tarixinin unudulmaz və qanla yazılmış səhifəsi olan 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu işıq üzü görüb.
Layihənin rəhbərləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və AzərTAc-ın Baş direktoru Aslan Aslanovdur.
Nəşrdə 20 Yanvar hadisələrinin miqyasını, Azərbaycan xalqının 25 il əvvəl yaşadığı faciəni əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Bu mənada kitab-albomu həm Azərbaycanın indiki və gələcək nəsilləri, həm də Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünya üçün yaddaş kitabı adlandırmaq olar. O, eyni zamanda dəhşətli cinayəti törədənlər üçün tarixi dəlil-sübutlara əsaslanan, təkzibolunmaz ittiham aktı təsiri bağışlayır.
Tərtibçilər 20 Yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsasız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqqamları xronoloji ardıcıllıqla təqdim ediblər. Həmin dövrdə cərəyan edən hadisələri və faciəni əks etdirən fotosənədlər “20 Yanvara aparan yol”, “İnformasiya blokadası”, “Qanlı statistika”, “Vida günü”, “Şəhidlər”, “Şəhidlər xiyabanı - müqəddəs məkan” başlıqları altında toplanıb. Bu fotoşəkillər AzərTAc-ın və bir çox tanınmış fotoqrafların arxivlərindən götürülüb.
“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu 1987-ci ildən başlayan bir dövrü əhatə edir. Nəşrdə keçmiş sovet ordusunun Bakıda törətdiyi hərbi cinayətlərlə yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, Ulu öndər Heydər Əliyevin həmin ağır günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğına ilk olaraq etiraz səsini ucaltması və siyasi-hüquqi qiymət verməsi, eləcə də ölkəyə rəhbərliyi dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı sonrakı addımlar da öz əksini tapıb. Kitab-albom 20 Yanvar faciəsinə 25 ildən sonra baxış kimi də səciyyələndirilə bilər.
Layihədən daha bir əsas məqsəd 20 Yanvar hadisələrinə dair fotoşəkilləri və sənədləri küll halında təqdim etmək, oxucuda, xüsusən dünya ictimaiyyətində faciə barədə aydın və obyektiv təsəvvür yaratmaqdır. Bununla bağlı əsl həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün kitab-albom dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

