Mədəniyyət və turizm naziri media nümayəndələri ilə görüşüb
09.04.2015 [10:09]
Aprelin 8-də Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin respublikamızda fəaliyyət göstərən informasiya agentlikləri və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri, qəzet redaktorları ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları, Üçüncü Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı tövsiyələr, “Bakı Avropa Oyunları-2015” ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi kimi mühüm məsələlər müzakirə olunub.
Görüşdə nazir Ə.Qarayev son illər rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən danışıb.
Bildirilib ki, son aylarda nazirliyin daxilində aparılan struktur dəyişikliklər işin daha səmərəli qurulmasına, yeni dövrün tələblərinə cavab verən layihələrin həyata keçirilməsinə xidmət edir.
MŞ-nin sədri Əflatun Amaşov belə görüşlərin təşkilinin böyük əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, bu görüşlər media təmsilçilərinə rəhbər qurumların nümayəndələri ilə hər hansı problemin, mövzunun müzakirəsinə və həllinə müsbət təkan verir. İlin sonunadək bir sıra dövlət qurumlarının rəhbərləri ilə də bu qəbildən görüşlərin keçirilməsi nəzərdə tutulur.
Mətbuat Şurasının sədri diqqətə çatdırıb ki, hazırda görüşdə 30-dan çox aparıcı media qurumunun təmsilçisi iştirak edir. Ə.Amaşov əmin olduğunu bildirib ki, görüş səmərəli olacaq, mühüm məsələlərin həlli yolları müzakirə olunacaq, tapşırıq və tövsiyələr dinləniləcək.
Müasir Azərbaycan mətbuatının inkişafından söz açan Ə.Amaşov deyib ki, hazırda ölkəmizdə 40-a yaxın gündəlik qəzet işıq üzü görür, hər həftə bir-neçə xəbər portalı yaradılır.
Azərbaycan mətbuatının keçdiyi tarixi yola nəzər salan Ə.Amaşov bu sahədəki problemlərə də toxunub.
Sonra Ə.Qarayev görüşdə nəzərdə tutulan mövzularla bağlı geniş məlumat verib, hazırlıq işlərindən, medianın bu prosesdəki rolundan və digər məsələlərdən danışıb.
Ötən ilin son günlərində nazirlikdə yeni yaranan İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin gördüyü işlərdən və media qurumları ilə yaradılan sıx əməkdaşlıqdan söz açan nazir belə yeniliklərin zamanın tələbi olduğunu söyləyib. O, həmçinin ölkə başçısının müvafiq sərəncamları ilə Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasının bu sahələrin inkişafına böyük dəyişiklik gətirəcəyini bildirib.
Nazir üçüncü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilindən, bu ideyanın yaranmasının tarixindən və foruma hazırlıq səviyyəsindən söz açıb.
Bildirilib ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaş olduğu foruma ümumilikdə bütün qitələrdən 500-dən çox qonaq qatılacaq.
Forumun ölkə KİV-ləri tərəfindən yüksək səviyyədə işıqlandırılmasının vacibliyinə toxunan nazir bildirib ki, bu, həm də bizim mədəniyyətimizin, incəsənətimizin təbliğinə, dünyaya çatdırılmasına bir təkandır.
Vurğulanıb ki, yaxın günlərdə Parisdə forumun gündəliyi təsdiqləndikdən sonra mediaya geniş məlumat veriləcək.
Paytaxtımızda təşkil olunacaq “Bakı Avropa Oyunları-2015” ilə bağlı mehmanxanalarda aparılan monitorinqlərdən söz açan nazır deyib ki, yarışların keçiriləcəyi günlərdə qonaqlarımız üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar təşkil olunacaq, mədəni proqramlar təqdim ediləcək: “Biz bununla əlaqədar Azərbaycan Turizm və Menecment Universitetində, Bakı Turizm Kollecində, eləcə də digər mədəniyyət ocaqlarında çalışan işçilər üçün treninqlər təşkil etmişik. Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar bütün muzeylər uzadılmış iş rejiminə keçəcək. Hazırda teatrlarda tərcümə məsələsi üzərində iş aparılır, bələdçilər hazırlanır. Azərbaycanı dünyaya tanıtmaq, təbliğ etmək əsas vəzifə kimi qarşıya qoyulub. Çalışmalıyıq ki, ölkəmizə gələn qonaqlar razı getsinlər”.
Sonra görüş müzakirələrlə davam etdirilib, yeni təkliflər, fikirlər səsləndirilib, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50

