“Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər”
22.04.2015 [09:46]
Azərbaycan Universitetində bu mövzuda II Beynəlxalq elmi-praktiki konfrans keçirilib
Aprelin 18-də Azərbaycan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans iştirakçıları tədbirdən öncə Ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər gül dəstələri düzüblər.
Daha sonra konfrans universitetin akt zalında davam etdirilib. Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov tədbiri açaraq deyib ki, konfransın mövzusu öz aktuallığı ilə seçilir: “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci və hakimiyyətə qayıdışının 22-ci ildönümü ilə əlaqədar universitetimizdə silsilə tədbirlər keçirilir. İnanıram ki, bugünkü tədbirimiz də çox maraqlı fikir mübadiləsi şəraitində keçəcək”.
Çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, bu kimi mövzuların müzakirələri bundan sonra da davam etdirilməlidir: “Biz bu mövzuları gənclik qarşısında müzakirə etməliyik. Bu konfransın Ümummilli liderə həsr olunması son dərəcə ibrətlidir”.
Y.Mahmudov diqqətə çatdırıb ki, ötən əsrin əvvəllərində azərbaycanlılara və bütövlükdə türklərə qarşı törədilmiş dəhşətli soyqırımlarını incələyəndə çoxsaylı faktlar üzə çıxır ki, bu da azərbaycanlıların soyqırımına məruz qalmasını bir daha təsdiqləyir: “Lakin xalqımız soyqırımına məruz qalsa da, düşmənə boyun əyməyib, bacardığı qədər müqavimət göstərib. Xalqımızın igid, milli-vətənpərvər övladları, bəyləri, qoçuları, bir sözlə, əli silah tuta bilən hər bir kəs ermənilərin qabağından qaçmayıb, əksinə, təpədən-dırnağadək silahlandırılmış nizami erməni ordusuna qarşı mətinliklə vuruşub. Ermənilər isə qarşıya çıxan kəndləri, qəsəbələri viran qoymuş, əhalini vəhşicəsinə qətlə yetirmişlər. Bu gün Ermənistan dövlətinin, erməni diasporunun, lobbisinin illərdir tətbiq etməyə çalışdığı hədəflərin necə saxta olduğunu elə təkcə 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş verən mart soyqırımının saysız qurbanları ilə sübut etmək olar”.
Tarixçi alim deyib ki, bu gün Prezident İlham Əliyevin milli məsələlərdə göstərdiyi prinsipiallıq, qətiyyət bütün sahələrdə olduğu kimi, tarix sahəsində də uğurlarla yadda qalır.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, etnik təmizləmə siyasəti onların əsl xislətlərini bir daha ortaya qoyub: “Mən tədbirin əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Bu tədbir iki məsələ baxımından önəmlidir. Birincisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci və hakimiyyətə qayıdışının 22-ci ildönümü ilə əlaqədar, digəri isə türk dünyası üçün həmişə aktual olan qondarma “erməni soyqırımı”na həsr olunmasıdır. Bu iki mövzunun bir tədbirdə birləşməsi təsadüfi deyil. Çünki ermənilərin türk-müsəlman dünyasına qarşı həyata keçirdikləri məkrli siyasətinin ifşa olunması bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
Türkiyəyə qarşı Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən PA rəsmisi deyib ki, nə vaxt ki Türkiyə dünyanın aparıcı dövlətlərinin geosiyasi maraqlarına uyğun olmayan siyasət yeridir, o zaman bu cür münasibətlə qarşılaşır.
Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin sədri Məmmədəli Babaşlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün görülən işlər barədə məlumat verib.
SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev isə diqqətə çatdırıb ki, müzakirə olunan mövzu müəyyən mənada həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir: “Bunun əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq 20 ildir Ermənistanın kriminal rəhbərlərinin ölkəmizə və xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətini ifşa etməklə məşğuldur”.
B.Quliyev bildirib ki, ermənilər həmişə Azərbaycana və digər qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış ediblər: “Azərbaycan xalqı da onların “Böyük Ermənistan” xülyasının qurbanı olub. Tarixin müxtəlif məqamlarında Ermənistan qonşu ölkələrə qarşı təcavüzkar niyyətini həyata keçirməyə çalışıb və bu proses bu gün də davam etməkdədir. Ona görə də, geosiyasi və ictimai-siyasi reallıqdan çıxış edərək, ermənilərin təbliğat maşınını tamamilə darmadağın etməliyik. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində Ermənistan bütün transmilli layihələrdən təcrid olunub. Məhz dövlətimizin bu siyasətinin daha da effektiv nəticələr verməsi üçün “informasiya müharibəsi”ndə də erməniləri təcrid vəziyyətinə salmalıyıq”.
BDU-nun “Tarixşünaslıq və mənbəşünaslıq” kafedrasının müdiri, AU-nun “İctimai elmlər” kafedrasının professoru Anar İsgəndərov nitqində qondarma “erməni soyqırımı” məsələsinin tarixi məsələ deyil, siyasi məsələ olduğunu bildirib.
Daha sonra BDU-nun “Qafqaz tarixi” və AU-nun “İctimai elmlər” kafedrasının professoru Qabil Əliyev “1917-1920-ci illərdə erməni silahlı dəstələrinin Qafqazın müsəlman əhalisinə qarşı soyqırımları (Böyük Britaniya arxiv materialları əsasında)”, AU-nun “İctimai elmlər” kafedrasının dosenti Vasif Qafarov “1918-ci ildə ermənilərin törətdikləri soyqırımı Fövqəladə Tədqiqat Komissiyasının sənədlərində” mövzularında məruzə ediblər.
Daha sonra konfrans işini bölmələr üzrə davam etdirib. Sonda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40

