/ / Azərbaycanın xarici işlər naziri ADA Universitetində yay məktəbinin iştirakçıları üçün mühazirə oxuyub
Azərbaycanın xarici işlər naziri ADA Universitetində yay məktəbinin iştirakçıları üçün mühazirə oxuyub
17.07.2015 [12:14]
Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universiteti tərəfindən təşkil olunan enerji məsələləri üzrə 9-cu Bakı yay məktəbinin iştirakçıları üçün Azərbaycanın xarici siyasəti və enerji siyasəti mövzusunda mühazirə ilə çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ölkəmizin xüsusilə son on il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu deyib. Əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri zəbt etdiyi bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin işğalçı qüvvələrin zəbt etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bu mövqeni ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar da dəstəkləyir. Bu xüsusda, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda Ermənistanın işğalçı tərəf kimi bir daha tanındığı qeyd edilib.
Elmar Məmmədyarov Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın zəngin milli təcrübə əsasında qlobal səviyyədə mədəniyyətlər və dinlər arasında dialoq prosesinə töhfə verdiyini qeyd edib.
Sonra nazir mühazirə iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxGündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25

