Yaponiya, Böyük Britaniya və ABŞ hərbi təlimlər keçirəcək
11.04.2024 [16:40]
Yaponiya, Böyük Britaniya və ABŞ 2025-ci ildən etibarən Hind-Sakit okean regionunda müntəzəm birgə hərbi təlimlər keçirəcək.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə açıqlama verən Böyük Britaniya tərəfi təlimlərin Çinin sözügedən regionda hərbi fəaliyyətinin intensivləşməsinə cavab olacağını bəyan edib. Böyük Britaniyanın müdafiə naziri Qrant Şeps bildirib ki, üçtərəfli hərbi təlimlər beynəlxalq qaydalara əsaslanan nizamı pozmağa çalışan hər kəs üçün ciddi bir siqnal olacaq. Nazirin sözlərinə görə “Uels şahzadəsi” təyyarədaşıyan gəmisi başda olmaqla Böyük Britaniyanın daşıyıcı zərbə qrupu Hind-Sakit okean regionuna göndəriləcək və onlar Yaponiya limanlarına yan alacaqlar. Bu barədə “Böyük yeddilər” (G7) qrupunun ötən ilin mayında Yaponiyanın Hiroşima şəhərində keçirilən zirvə toplantısı zamanı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın və Yaponiya hökumətinin başçısı Fumio Kişida ilə görüşündə razılıq əldə edilib.
Qeyd edək ki, ekspertlər Pekinin dənizdəki iddiaları ilə bağlı narahatlıqlar artdıqca Londonun Hind-Sakit okean regionuna bağlılığını gücləndirdiyini, Yaponiya daxil olmaqla həmfikir ölkələrlə müdafiə əməkdaşlığını artırdığını bildirir. Böyük Britaniya 2023-cü il üçün diplomatiya və təhlükəsizlik siyasəti təlimatlarında Hind-Sakit okean regionunu beynəlxalq siyasətinin daimi dayağı edəcəyini açıqlayıb.
ABŞ-ın yaxın müttəfiqləri olan Yaponiya və Böyük Britaniya silahlı qüvvələri arasında bölmələrin yerləşdirilməsi prosesini qarşılıqlı asanlaşdıran müqavilə ötən ilin oktyabrında qüvvəyə minib. Bundan başqa, London və Tokionun 2035-ci ilə qədər yeni nəsil qırıcı təyyarəsini inkişaf etdirmək üçün İtaliya ilə üçtərəfli layihəsi də var.
Xəbər lenti
Hamısına baxAnalitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30

