Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistanda məktəb mikroavtobusu atəşə tutulub

Pakistanda məktəb mikroavtobusu atəşə tutulub

22.08.2024 [12:15]

Pakistanın Pəncab əyalətində naməlum şəxslər məktəb mikroavtobusunu atəşə tutublar. 

AZƏRTAC xəbər verir ki, Dawn informasiya portalının yaydığı məlumata görə, hadisə iki uşağın ölməsi, sürücü də daxil olmaqla altı nəfərin yaralanması ilə nəticələnib.

“Naməlum şəxslərin məktəb furqonunu atəşə tutması nəticəsində iki uşaq ölüb, beşi isə yaralanıb”, – portalın yerli xilasetmə xidmətinə istinadla yaydıği məlumatda belə deyilir. Uşaqların hamısının 10-12 yaş arasında olduğu bildirilir.

Mikroavtobusu atəşə tutan şəxslər hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, atışma şəxsi düşmənçilik zəminində baş verib və atəş açanların hədəfi sürücü olub.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30