Türkiyə Prezidentindən mühüm mesajlar
24.09.2024 [08:43]
BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm açıqlamalar verib. Ərdoğan bildirib ki, Türkiyənin son vaxtlar bölgədə və dünyada baş verən hadisələri, eləcə də rəqəmsal hücumları nəzərə alaraq müdafiə sənayesi başda olmaqla, bütün digər təhlükəsizlik imkanları səfərbər edilib. Birləşmiş Ştatlarla gələcək münasibətlərdən danışarkən R.T.Ərdoğan deyib ki, prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin ABŞ-a yanaşması və yüksək səviyyəli dialoqu dəyişməyəcək.
Nyu-Yorkdakı Türk Evini ziyarət edən Türkiyə Prezidenti NATO ilə münasibətlərin vəziyyətinə də diqqət çəkib. Bildirib ki, Türkiyə NATO-nun əsas üzvlərindən biridir: “Eyni zamanda, Avropa İttifaqına üzvlüyə namizəd ölkəyik. Qərb dünyası ilə əlaqələrimizi gücləndirməklə yanaşı, Şərqdən də uzaqlaşmırıq. Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi qurumlarla əlaqələrimizi inkişaf etdirməkdə qərarlıyıq. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atmışıq”.
“Türkiyənin bəzi məsələlərdə ABŞ ilə fikir ayrılığı var”
R.T.Ərdoğan, həmçinin söyləyib ki, Türkiyənin milli təhlükəsizliyinə təsir edən bəzi məsələlərdə ABŞ-la fikir ayrılığı var: “ABŞ-dan olan dostlarımızla hər görüşdə deyirik ki, PKK, YPG, İŞİD, FETÖ kimi terror təşkilatlarına dəstəyi dayandırsınlar. ABŞ-nin Türkiyənin müdafiə sənayesi ilə bağlı irəli sürdüyü məhdudiyyətlər ikitərəfli etimad mühitinə mənfi təsir edir”. Türkiyə lideri Ankara-Vaşinqton münasibətlərinin son vaxtlar müsbət templə inkişaf etdiyini də diqqətə çatdırsa da, terrorla mübarizədə mövqeyinin dəyişməz olduğunu qeyd edib.
Məlumdur ki, Türkiyə regionda, o cümlədən Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. Uzun illərdir ki, Suriya böhranı da region üçün təhdid olduğundan rəsmi Ankara bu problemin tezliklə həllinin tərəfdarıdır. Suriyada qeyri-sabitlik, eləcə də PKK/YPG terrorçularının mövcudluğu Türkiyənin təhlükəsizliyi üçün problem olaraq qalır. Ona görə də, Ankara davamlı olaraq İraqla yanaşı, Suriya ərazisində də antiterror tədbirləri həyata keçirir. Bunun nəticəsində də xeyli sayda terrorçu zərərsizləşdirilib. Bi rmüddət öncə ABŞ-ın Suriyanın şimalındakı PKK, YPG terror qruplaşmalarına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumatlar da yayılmışdı. Hələ iyul ayında Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Zeki Aktürk keçirdiyi brifinqdə bu məsələyə münasibət bildirərək demişdi ki, Türkiyə Silahlı Qüvvələri prosesləri yaxından izləyir: “ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə “Avenger Stinger” havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dən gözləntimiz İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin”. Baş verənlərə rəğmən perspektivdə Türkiyənin antiterror əməliyyatlarını gücləndirməsi gözləniləndir. Ankara bu istiqamətdə tərəfdaşlarla əməkdaşlığı da genişləndirə bilər.
Ərdoğan: Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb
Ərdoğan, həmçinin qeyd edib ki, müəyyən dairələr Türkiyə haqqında mənfi imic formalaşdırmaq üçün Konqresə təzyiq göstərməyə çalışırlar. Onun sözlərinə görə, tarixi həqiqətlərlə bağlı təhrif olunmuş məlumatların məktəb dərsliklərinə salınmasına da cəhdlər edilir ki, bu da gənc nəslin təfəkkürünə təsir edir. O vurğulayıb: “Tarixi reallıqlar alimlər tərəfindən öyrənilməli, siyasi manipulyasiya aləti kimi istifadə edilməməlidir. Belə mövqe nə ABŞ-Türkiyə əlaqələrinə, nə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyəcək”.
Cənubi Qafqazdakı vəziyyətə toxunan Türkiyə lideri vurğulayıb ki, regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi kontekstində Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb. Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi fikir ayrılıqlarının aradan qaldırılmasına, sülhə və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir: “Biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə beynəlxalq hüquq normalarına hörməti sarsılmaz hesab edirik. Müasir dünyanın bu prinsiplərə hər zaman olduğundan daha çox ehtiyacı var”. Türkiyə Prezidenti qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün çoxqütblü dünya nizamını gücləndirmək lazımdır. Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlara çağırıb. O əlavə edib: “İkinci Dünya müharibəsindən sonrakı dövrdə yaranan ikiqütblü dünya, eləcə də birqütblü dünya artıq tarixə qovuşub”. “BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları dünyadakı proseslərin gedişini müəyyən edə bilməz. Dünya beş dövlətdən böyükdür və mən bunu BMT Təhlükəsizlik Şurasının tribunasından bir daha bəyan edəcəyəm”, -deyə Türkiyə lideri daha sonra bildirib.
Türkiyə Suriya və İraqın ərazi bütövlüyünü dəstəkləyir
Onun sözlərinə görə, gündəmdə olan digər mühüm mövzu bütün dünya ictimaiyyəti qarşısında “böyük humanitar faciə” xarakteri alan Ukrayna müharibəsidir: “Türkiyə başlanğıcdan tərəfləri ədalətli sülhə çağırır. Ölkəmizin fəal rolu İstanbul danışıqları zamanı uğurla nümayiş etdirildi, lakin həmin dövrdə müəyyən lobbilər dialoqun effektivliyinə qarşı çıxdılar. Ankara daha çox qan tökülməsinin qarşısını almaq üçün səylərini davam etdirməyə hazırdır”.
Ərdoğan daha sonra bildirib ki, Türkiyə Suriya və İraqın ərazi bütövlüyünü dəstəkləyir və eyni zamanda, bu dövlətlərin ərazilərində fəaliyyət göstərən terrorçularla mübarizəni davam etdirir: “Ankaranın terror təhlükəsini aradan qaldırmaq üçün atdığı addımlar təkcə Türkiyənin maraqlarına cavab vermir, həm də bütün regionun təhlükəsizliyinə töhfədir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26

