Dubayda dünyanın ilk üzən “ağıllı” polis məntəqəsi açılacaq
28.11.2024 [10:37]
Dubay Polis Departamenti dünyada və Yaxın Şərqdə ilk üzən “ağıllı” polis məntəqəsinin (SPS) 2026-cı ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb.
AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, 2 milyard AED dəyərində olan layihənin təqdimatını BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum edib. Bu təşəbbüs asayişi və təhlükəsizliyi gücləndirmək, xüsusi polis təlimlərinə sərmayə qoymaq məqsədini daşıyır. Dubay Polis Departamentinin nümayəndəsi Faysal Al Tamimi üzən SPS-nin yaxta və qayıq sahiblərinin ehtiyaclarına cavab verən dizaynla dənizdə dünyasəviyyəli, qabaqcıl xidmətlər təklif etmək məqsədilə 2026-cı ilin sonuna qədər hazır olacağını bildirib. Onun sözlərinə görə, bu, cəmiyyətin xoşbəxtliyini, həmçinin “Dubay - dünyanın ən ağıllı və xoşbəxt şəhəri" təşəbbüsü ilə uyğun gələn polis xidmətlərinə sürətli və asan çıxışı təmin edəcək.
SPS cinayət və yol hərəkəti haqqında hesabatların verilməsi də daxil olmaqla 27 əsas xidmət və altı dildə mövcud olan 33 əlavə xidmətdən ibarət paket təqdim edəcək. Xidmətlərə itirilmiş əşyaların qaytarılması, sertifikatlar və icazələr üçün sorğuların idarə edilməsi daxildir. Polis əməkdaşı əlavə edib ki, SPS sutka ərzində insan müdaxiləsi olmadan işləyəcək. Məntəqə, həmçinin ənənəvi xidmət mərkəzlərində ziyarətçilərin sayını azaldacaq, prosesləri və əməliyyatları təkmilləşdirmək üçün süni intellekt (AI) və robot texnikasından istifadə edəcək. Polkovnik Al Tamimi bildirib ki, üzən SPS müasir dizaynlı qayıqların və yaxtaların xüsusiyyətlərini nəzərə alacaq, gəliş, minmə və enmə prosesini daha da asanlaşdıracaq.
Dubay Polis Departamenti bildirib ki, bu tip “ağıllı” polis məntəqələri hər yerdə icma üzvlərinə yüksəksəviyyəli və tam avtomatlaşdırılmış xidmətlər təqdim etmək məqsədi ilə yaradılacaq. Bununla yanaşı, quru ərazilərdə - hava limanları və vağzallarda da polis məntəqələri süni intellektin ən son nailiyyətlərini tətbiq etməklə fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

