Tbilisidə qan töküləcək?
11.12.2024 [09:33]
Gürcüstan DTX-sı etiraz aksiyalarının təşkilatçılarının gizli planı ilə bağlı bəyanat verib
Tbilisidə hökumət əleyhinə mitinqlərin təşkilatçıları Gürcüstanda dekabrın 14-nə təyin edilmiş prezident seçkilərini pozmağa çalışacaqlar. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir. Bəyanatda bildirilib ki, “alınan məlumatlara görə, dağıdıcı və cinayətkar aksiyaların təşkilatçıları Gürcüstanda 2024-cü il dekabrın 14-nə təyin edilmiş prezident seçkiləri prosesinin baş tutmamasına çalışır, bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Onlar Gürcüstanın altıncı prezidentinin seçilməsinə mane olmaqla süni hakimiyyət böhranı yarada biləcəklərinə ümid edirlər”.
DTX çağırış etdi: Vətəndaşlar ehtiyatlı olmalıdır...
Vurğulanıb ki, cinayətin təşkilatçıları çərşənbə axşamı, çərşənbə və cümə axşamı qismən, cümə günü isə maksimum vəziyyəti gərginləşdirməklə etiraz ittihamını artırmaq, iki-üç nəfərin ölümünə nail olmaq niyyətindədir. “Bununla da onlar etirazları artıraraq radikal əhval-ruhiyyəni təşviq etmək istəyirlər. Onların fikrincə, bu, prosesi idarəolunmaz hala gətirəcək və buna görə hakimiyyət günahlandırılmalıdır”, - deyə kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti vətəndaşları xəsarət almamaq üçün maksimum diqqətli olmağa çağırıb. Eyni zamanda, hakimiyyət insanlardan şübhəli vəziyyət və ya təxribat cəhdi zamanı baş verənləri videokamera ilə lentə almağı, hüquq-mühafizə orqanlarına müraciət etməyi xahiş edib.
Rəngli inqlab ssenarisi...
Gürcüstan DTX-sı həmçinin bildirib ki, etirazlar rəngli inqilablar ssenarisi üzrə təşkil olunub. Vurğulanıb ki, Tbilisidə hökumət əleyhinə mitinqlər yerli fəallar tərəfindən xarici kəşfiyyat xidmətləri ilə razılaşdırılaraq keçirilir. “Yerli fəallar bu etirazların keçirilməsini xarici dövlətlərin xüsusi xidmət orqanları ilə razılaşdırırlar. Bu plan, ümumilikdə hadisələrin genişlənməsinə səbəb olan, dinc əhalinin öldürülməsi ilə yekunlaşan müxtəlif səhnələr və mərhələli dağıntılar da daxil olmaqla rəngli inqilablar adlandırılan sübut edilmiş ssenari əsasında hazırlanır”.
Aİ çağırış etdi...
Aİ isə 27 ölkənin xarici işlər nazirlərinin birgə son iclasında Gürcüstandakı vəziyyəti müzakirə edəcək, Tbilisiyə qarşı yeni tədbirləri nəzərdən keçirəcəklər. Bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında deyilib. “Gürcüstanın hakim partiyasının davranışları ölkənin Aİ-yə üzvlük prosesinin virtual dayandırılmasına səbəb olub. Aİ ikitərəfli münasibətlərimiz üçün dekabrın 16-da keçiriləcək Xarici Əlaqələr Şurasında əlavə tədbirləri nəzərdən keçirəcək”, - deyə vurğulanan sənəddə Aİ “Gürcü Arzusu”nu vəziyyəti deeskalasiya etməyə və bu vəziyyətə son qoymağa çağırıb.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

