Uşaqlarda xərçəngin genetik səbəbləri 40 illik tədqiqatda ortaya çıxıb
31.12.2024 [10:42]
Uşaqlarda və yeniyetmələrdə xərçəng nadir rast gəlinən, lakin ölüm səbəbləri arasında ön sırada yer tutan xəstəliklərdən biridir. Bu yaş qrupunda bədxassəli xəstəliklərin genetik səbəbləri ilə bağlı 40 illik araşdırmalar mühüm nəticələr ortaya qoyub. Xüsusilə, genetik meyillilik uşaqlarda xərçəngin ən əhəmiyyətli risk faktoru kimi müəyyən olunub.
AZƏRTAC “Medicalxpress” portalına istinadla xəbər verir ki, Uşaq Hematologiyası və Onkologiyası şöbəsindən bu barədə məlumat verilib. Bildirilib ki, uşaqlarda və yeniyetmələrdə xərçəngin səbəbləri, bu xəstəliklərin daha erkən aşkar edilməsi, effektiv müalicəsi və gələcəkdə qarşısının alınması böyük əhəmiyyət daşıyır.
Tədqiqatlara əsasən, uşaq vaxtı yaranan xərçəngin təxminən 10 faizi bu xəstəliyə meyillilik sindromları (CPS) ilə bağlıdır. Bu sindromlar arasında Li-Fraumeni sindromu və Fankoni anemiyası xüsusi diqqət çəkir. İlk xərçəngə meyilli genlər (CPGs) 40 il əvvəl müəyyən edilib və bu genlərin irsi xəstəliklərlə əlaqəli variantları xərçəng riskinin artmasına səbəb olduğu təsdiqlənib. Bundan əlavə embrion inkişafı zamanı yaranan bəzi gen variantlarının həm dəyişdirilmiş, həm də sağlam hüceyrələrin mövcud olduğu mozaika xəstəliklərinə gətirib çıxardığı müəyyən edilib. Bu vəziyyətlər xərçəng riskini artırır.
Tədqiqatlar göstərir ki, genetik faktorlarla yanaşı, viral infeksiyalar kimi ətraf mühit faktorları da uşaqlıq və yeniyetmə xərçənglərinin inkişafında rol oynaya bilər. Bu faktorlar xəstəliyin mürəkkəb genetik arxitekturasını daha da genişləndirir. Professor Kristian Kratz bu mövzunu ətraflı şəkildə “Nature Reviews Cancer” jurnalında dərc olunan icmal məqaləsində təqdim edib. Araşdırma nəticələri uşaq vaxtı yaranan xərçəngin dərin genetik təhlilinə əsaslanaraq, daha erkən diaqnostika və müalicə üsullarının inkişaf etdirilməsi üçün vacib perspektivlər vəd edir. Bu tədqiqatlar xərçəngdən sağ qalan uşaqların xroniki sağlamlıq problemlərinin azaldılması, müalicə nəticələrinin yaxşılaşdırılması və gələcək xərçəng riskinin qarşısının alınmasında mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

