ABŞ daha bir təşkilatdan çıxdı...
08.02.2025 [10:20]
Tramp ölkəsinin BMT-nin İnsan Hüquqları Şurasındakı fəaliyyətinə xitam verib
ABŞ Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən bəzi qurumların üzvlüyündən çıxmağa başlayır. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, fevralın 4-də ABŞ-ın yeni prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından (BMT İHŞ) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən çıxmaq barədə sərəncam imzalayıb. Yayımlanan sənəddə dövlət rəhbərinin bu addımı ilə bağlı geniş təfərrüatlar qeyd olunmayıb.
Qeyd edək ki, Donald Tramp birinci prezidentliyi dövründə də belə bir addım atmışdı. Ağ Evə yenidən qayıtdıqdan sonra onun təkrarən bu addımı atmasının səbəblərinə gəlincə, o, hesab edir ki, qurum İsrailə qarşı qərəzli yanaşma sərgiləyir və insan hüquqlarını pozan hökumətləri müdafiə edir.
Xatırladaq ki, Tramp bundan əvvəl - prezident səlahiyyətlərinin icrasına dərhal başladıqdan sonra ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə fərman imzaladı - o, prezident seçkiləri kampaniyası zamanı çıxışlarının birində qurumu ABŞ-a qarşı ədalətsiz münasibət sərgiləməkdə günahlandırmışdı.
Hətta bəzi məlumatlara görə, Vaşinqtonun BMT-nin digər qurumlarından çıxacağı da gözlənilir.
ABŞ-ın BMT-nin İnsan Hüquqları Təşkilatının üzvlüyündən çıxması bir çoxları tərəfindən birmənalı qarşılanmayıb - onlar hesab edirlər ki, Trampın bu addımı digər dövlətləri də belə bir addım atmağa sövq edə bilər.
Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Təşkilatı BMT-nin Baş Assambleyası tərəfindən 15 mart 2006-cı ildə təşkilatın İnsan Hüquqları Komissiyasını əvəz etmək üçün yaradılmışdır. İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi ilə sıx əməkdaşlıq edən və BMT-nin xüsusi prosedurlarını həyata keçirən qurum BMT-yə üzv olan ölkələrdə insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır , xüsusilə birləşmək və toplaşmaq azadlığı, ifadə azadlığı, inanc və din azadlığı, qadın hüquqları, irqi və etnik azlıqların hüquqlarının qorunmasına yönələn təbliğat kampaniyası aparır. Şuranın üç il müddətinə seçilən 47 üzvü var və baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Fikirlər tam obyektivdir...
Maraqlıdır, hər zaman özünü beynəlxalq insan hüquqlarının və beynəlxalq humanitar dəyərlərin təminatçısı kimi qələmə verən ABŞ-ın belə bir qurumun üzvlüyündən çıxması qlobal dünyada hansı proseslərə gətirib çıxara bilər?
Məsələ ilə bağlı politoloq Yeganə Hacıyeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Donald Trampın beynəlxalq insan hüquqlarının təminatına söykənən mexanizmlərin səmərəliyi ilə bağlı fikirləri tam obyektivdir.
“Tramp dəfələrlə bəyan edib ki, istər insan haqları, istərsə də digər sahələrdə beynəlxalq mexanizmlər müəyyən qüvvələr tərəfindən kənar məqsədlər üçün istifadə olunur. Buna görə də o, BMT-nin İnsan Hüquqları Şurasının, hətta USAİD-in fəaliyyətinin səmərəsiz olduğunu və qənaətbəxş olmadığını hesab edir. Trampın bu təşkilatlar ilə bağlı imzaladığı sərəncamlar məhz bu səbəbdən irəli gəlir”.
Quruma kənar müdaxilələr var
“BMT-nin İnsan Hüquqları Şurasının fəaliyyəti ilə bağlı məsələdə onu qeyd etmək lazımdır ki, bu qurum bir neçə qrupun əlində siyasi maşa kimi istifadə olunur. Bir məqamı da vurğulayım ki, 2018-ci ildə, yəni Trampın birinci prezidentliyi dövründə ABŞ-ın BMT-dəki nümayəndəsi İnsan Hüquqları Şurasını maliyyə qarşılığında hərəkət edən riyakar qurum adlandırmışdı. Əslində o, bu məsələdə haqlıdır. Çünki həqiqətən, bu qurumun fəaliyyətinə kənardan müdaxilələr olur,” - deyə Y.Hacıyeva vurğulayıb ki, İnsan Hüquqları Şurasının ekspertləri heç bir zaman Azərbaycana münasibətdə ədalətli və düzgün mövqe sərgiləməyiblər: “2023-ci il sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda birgünlük antiterror əməliyyatlarından sonra erməni lobbisi və onun havadarları ölkəmizə qarşı kampaniyaya başladılar ki, guya Qarabağda ermənilər “etnik təmizləməyə” məruz qalıblar. Amma reallıq budur ki, oradakı ermənilər könüllü şəkildə ərazini tərk ediblər. İnsan Hüquqları Şurasının erməni lobbisinin bu kampaniyasına dəstək verməsi ciddi təəssüf doğrurur”.
Trampın addımı nə vəd edir?
Y.Hacıyeva hesab edir ki, BMT-nin İnsan Hüquqları Şurası möhkəm bir təsisatdır və onun parçalanması qeyri-mümkündür: “Bu qurumun prinsipləri dayanıqlı təməllərə əsaslanıb, həmçinin beynəlxalq sistemdə ona qarşı alternativ bir təsisat da yoxdur. Bu baxımdan qurumun fəaliyyəti davam edəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43

